Son Xəbər: Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SƏRƏNCAM, Pəncəli Teymurova Milli Qəhrəman adı verilib, İsrail səfirliyi Azərbaycanı təbrik edib, Baş prokuror: Azad edilmiş rayonlarda prokurorluqların yaradılması qayıdışın hüquqi çərçivəsini formalaşdırıb, Ərdoğandan İlham Əliyevə ZƏFƏR TƏBRİKİ, Azərbaycanda vergi güzəştləri ləğv edilmir - RƏSMİ, Onlara yeni vəzifə verildi, Bakı, Sumqayıt və Abşeron üzrə noyabr ayının pensiyaları ödənilib, Pakistan Baş nazirinin Azərbaycana səfər proqramı açıqlanıb, Azərbaycandakı siyasi partiyalar Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar birgə bəyanat yayıb,

Sabahın havası ilə bağlı bu insanlara XƏBƏRDARLIQ

Sabahın havası ilə bağlı bu insanlara XƏBƏRDARLIQ

Tarix: 24-01-2020, 12:10

Yanvarın 25-də gözlənilən hava şəraiti açqılanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 24-dən 25-nə keçən gecə bəzi yerlərdə sulu qar, qar yağacaq. Səhər saatlarında duman olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-7, Bakıda gecə 0-2, gündüz 5-7 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında yanvarın 25-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 25-də Abşeron yarımadasında günorta saatlarında arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR