Son Xəbər: FHN-in polkovnik-leytenantı qəfil vəfat etdi, Azərbaycan gələn il bu ölkədə səfirlik açacaq, Bakıda “Rus evi”nin bağlanmasının səbəbi AÇIQLANDI, Ədliyyə Nazirliyi Ana Vətən Partiyasının müraciətinə CAVAB VERDİ, Ceyhun Bayramov: Bu il Ermənistanla sülh prosesində böyük irəliləyiş əldə olunub, Suriyada məsciddə partlayış törədilib, ölənlər və yaralananlar var, Ermənistan vətəndaşlarının məhkəməsi: Davit İşxanyan son söz deyir, Ermənistan MN-in vəzifəli şəxsləri irimiqyaslı mənimsəmədə ittiham olunurlar, "Valideyn himayəsindən məhrum olmuş uşaq" adı altında vahid anlayışdan istifadə olunması təklifi son oxunuşda qəbul edilib, Yol polisi həftəsonu səfərə hazırlaşanlara xəbərdarlıq edib,

Azərbaycanda silahlı insidentə görə daha 2 nəfər tutuldu

Azərbaycanda silahlı insidentə görə daha 2 nəfər tutuldu

Tarix: 24-01-2020, 12:31

Mingəçevirdə baş vermiş silahlı insidentə görə daha 2 nəfər həbs edilib.


Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 20-də Mingəçevir şəhər sakini Ziyad Mirzəyevin odlu silahdan açılmış atəş nəticəsində xəsarət alaraq xəstəxanaya daxil olması faktı ilə bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub, eləcə də iş üzrə digər zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
İstintaq zamanı həmin gün saat 18 radələrində Mingəçevir şəhər sakini Elsevər Quliyevin qohumu Firdovsi Qasımov ilə birlikdə sonuncunun idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə ilə əvvəllər aralarında baş vermiş münaqişə ilə əlaqədar Ziyad Mirzəyevdən qisas almaq məqsədilə sonuncunun sərnişini olduğu “VAZ 2107” markalı avtomobilin qarşısını kəsərək avtomobildən düşüb üzərində gəzdirdiyi odlu silahdan 2 dəfə atəş açaraq onu yaralamasına, Ziyad Mirzəyev avtomobildən düşüb qaçarkən Elsevər Quliyevin ona doğru üçüncü dəfə atəş açmasına, lakin yaranmış səs-küylə bağlı ətrafa xeyli adamın toplaşması səbəbindən cinayətkar niyyətini başa çatdıra bilmədən gəldiyi avtomobillə hadisə yerindən uzaqlaşmasına əsaslı şübhələr müəyyən edilib.
Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə E.Quliyevlə qabaqcadan əlbir olan və Z.Mirzəyevi izləyərək onun yeri barədə E.Quliyevə məlumat verən digər qohumu Ülvi İsmayılovun hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində yaralanan və hadisə yerindən qaçan Z.Mirzəyevi öldürmək məqsədi ilə üzərində gəzdirdiyi baltanı götürüb onu təqib etməsinə, Z.Mirzəyevin yaşayış binalarının arasında gözdən itməsi və yaranmış əlverişsiz şəraitlə əlaqədar öz cinayətkar niyyətini başa çatdıra bilmədən hadisə yerindən uzaqlaşmasına şübhələr üçün əsaslar da müəyyən edilib.
Bundan başqa, istintaqla E.Quliyev və Ü.İsmayılovun qabaqcadan əlbir olaraq törətdikləri xüsusilə ağır cinayətin qohumları Nahid Həsənov və Firdovsi Qasımovun bilərəkdən gizlətməsinə əsaslı şübhələr müəyyən edilib.
E.Quliyev və Ü.İsmayılova Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs, F.Qasımov və N.Həsənova isə Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə ittiham elan edilərək barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR