Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Samir Elgizə görə ARB-yə qadağa qoyub

Samir Elgizə görə ARB-yə qadağa qoyub

Tarix: 24-01-2020, 13:44

Müğənni Samir Cavadzadə ARB kanalına qadağa qoyub.Axşam.az-ın məlumatına görə, sənətçi çağrılan bütün verilişlərdən imtina edir və heç vaxt sözügedən telekanala getməyəcəyini deyib. Buna səbəb isə aparıcı Elgiz Əkbərin "Elgizlə izlə" proqramında Samirin qardaşını çıxarıb, ailəsi ilə bağlı şikayətini yayımlaması olub.
Hətta həmin ərəfədə Elgizin proqramda "Samir bir azdan studiyamızda olacaq" anonsu da yalan imiş. İfaçı heç vaxt bu məsələ haqda danışmayacağını, efirlərdə ona bunla bağlı suallar ünvanlanmasına imkan verməyəcəyini söyləyib.
Həmin hadisədən sonra ARB TV-nin digər verilişləri müğənnini qonaq çağırsa da, o, qatılmaqdan imtina edib.  
Qeyd edək ki, S.Cavadzadənin qardaşı Ramin evsiz olduğunu, küçələrdə yatdığını deyib. Kömək istəyən Ramin qardaşının ona baxmamasından gileylənib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR