Son Xəbər: Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL, Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib, Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb, Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ, Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir", Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var, Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək, İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib, DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir, Azərbaycan neftinin qiyməti 117 dolları keçib,

Yeni məktəbli formaları neçəyə olacaq? - AÇIQLAMA

Yeni məktəbli formaları neçəyə olacaq? - AÇIQLAMA

Tarix: 24-01-2020, 14:00

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyində 2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihəyə dair ictimai rəyin öyrənilməsinə başlanılıb.

Layihədə görə qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olması nəzərdə tutulur. Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq.

Yeniavaz.com xəbər verir ki, Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov lent.az-a bildirib ki, yeni məktəbli formalarının hansı müəssisələrdə hazırlanacağı ilə bağlı qərar yoxdur: "Hazırda bir neçə nümunədə məktəbli formalarının üzərində işləyirik. Bildiyiniz kimi, bazarda ən böyük müəssisə bizik və 10 ildir bu işlə məşğuluq. Hər il BTE-nin tikdiyi məktəbli formaları daha çox alınır. Həmçinin "BTE” nişanı olan formalara cavabdehik və onların keyfiyyəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində yoxlanılaraq təsdiq edilir. Bununla yanaşı, əvvəlki məhsullarımız Avropa laboratoriyalarında da yoxlanılaraq, sertifikat verilib”.

E.Əzimov deyib ki, qurumun hazırladığı məktəbli forması nümunələri nazirlikdə qəbul edilərsə, ötən illərdə olduğu kimi yenə də BTE məhsullarını satışa çıxaracaq: "Qiymətlər barədə isə indidən nəsə demək mümkün deyil. Əvvəlki formada pencək var idi, yeni nümunələrdə bu yoxdur. Bir sözlə, məktəbli formaları ilə bağlı nümunələr seçildikdən və təsdiqləndikdən sonra qiymətlər müəyyənləşəcək. Sonra bu barədə ictimaiyyətə də məlumat verəcəyik”.

Xatırladaq ki, nazirliyin təklif etdiyi geyim formaları elementlərinin aşağıdakı rənglərdə hazırlanması nəzərdə tutulur:

- Ətək və şalvar - qara, tünd qəhvəyi, tünd boz, tünd göy və qəhvəyi-yaşıl;

- Köynək - ağ, dəri, mavi, açıq yaşıl və açıq sarı;

- Jaket - tünd boz, qəhvəyi, tünd göy, tünd yaşıl və açıq gəhvəyi.

Geyim formasının rəngi ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının qərarı ilə müəyyən ediləcək. Ümumi təhsil müəssisəsində yalnız bir geyim forması tətbiq edilə bilər. Dövlət ümumi təhsil müəssisələrinin şagirdləri məktəbdə və təntənəli məktəb tədbirlərində (məktəbdən kənarda olsalar da belə) müəyyən edilən geyim formasını geyinməlidirlər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR