Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Kirayə mənzillərlə bağlı elektron müraciətlərin qəbulu niyə gecikir?- AÇIQLAMA

Kirayə mənzillərlə bağlı elektron müraciətlərin qəbulu niyə gecikir?- AÇIQLAMA

Tarix: 24-01-2020, 14:17

Prezident İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” Fərmanı tətbiq olunmağa başladığı gündən vətəndaşlar bir sıra problemlərlə qarşılaşıb.

Publika.az xəbər verir ki, yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə 22 yanvar tarixində başlanmış elektron müraciətlərin qəbulu prosesində "Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portal çöküb.

Məsələ ilə əlaqədar Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yeganə Laçınzadə ilə əlaqə saxladıq.

Y.Laçınzadə elektron portalın nə vaxt açılacağı və vətəndaşların hansı tarixdən müraciət edə biləcəyi ilə bağlı Publika.az-ın sualına cavab olaraq bildirib ki, elektron portalda hazırda iş gedir: "Fəaliyyətə başlayanda mediaya məlumat veriləcək. Hələ ki, bu haqda əlavə məlumat verə bilmərik”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR