Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Bundan sonra məktəbliləri özəl avtobuslar daşıyacaq? - NAZİRDƏN AÇIQLAMA

Bundan sonra məktəbliləri özəl avtobuslar daşıyacaq? - NAZİRDƏN AÇIQLAMA

Tarix: 27-01-2020, 11:21

"Paytaxt ərazisində bəzi məktəblərdə şagirdlərin daşınması üçün məktəb avtobusları fəaliyyətə başlayacaq”.

"Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Təhsil naziri Ceyhun Bayramov 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş mətbuat konfransında deyib.

Nazir bildirib ki, bununla bağlı Bakı Nəqliyyat Agentliyi ilə sıx əlaqəyə başlanılıb: "Valideynlər tərəfindən məktəblilər üçün avtobusların təşkil olunması ilə bağlı müraciətlər daxil olur. Müraciətləri nəzərə alaraq BNA ilə sıx əlaqəyə başlamışıq və bu istiqamətdə irəliləyə bilmişik. Düşünürəm ki, əhalinin sıx məskunlaşdığı ərazilərdə yeni tədris ili başlayana kimi məktəb avtobuslarının təmin olunmasına nail olacağıq. Təbii ki, bu, bütün məktəbləri əhatə etməyəcək. Amma layihənin təkmilləşdirilməsi planlaşdırılır”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR