Son Xəbər: Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq, Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib, Prezident Milix Yevdayevi təltif etdi, Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq, Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb, Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub, Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb, Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq, Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb, Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq,

Agentlik “Torqovı”da 60 manata çay verən restoranı nəzarətə GÖTÜRDÜ

Agentlik “Torqovı”da 60 manata çay verən restoranı nəzarətə GÖTÜRDÜ

Tarix: 27-01-2020, 13:00

Təxminən 1 ay əvvəl - 25 dekabr 2029-cu ildə Modern.az saytında "Torqovı”da 60 manatlıq çaya görə qapıdan qovulan müştərilər-FOTOLAR” başlıqlı yazı yəqin ki, xatirinzidədir.
 
Yazıda dekabrın 23-də həmkar dostlarla birlikdə "Torqovı”da yerləşən "Dafne by Dalida” restoranın girişindəki əməkdaşa "Sizdə sadə çay verilirmi” sualı ilə başlayan dialoq və nəhayətdə "mədəni” surətdə bizə göstərilən qapıdan bəhs edilirdi.
 
Biz də eləmədik tənbəllik, vətəndaş mövqeyimizi ortaya qoyduq. Bir çox rəsmi qurumların "Qaynar xətt”inə müraciətdən sonra bizi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional bölməsinə yönləndirdilər.
 
AQTA-nın Bakı Regional bölməsinin rəisi Zaur Kərimov tərəfindən aldığımız rəsmi cavabdan narazılığımızda, israrımızda haqlı olduğumuz aydın görünür.
 
Rəis tərəfindən Modern.az-a daxil olan rəsmi məlumatda məsələnin nəzarətə götürüldüyü bildirilib.
 
Qeyd edilib ki, "Dafne by Dalida” obyektində satışda olan qida məhsullarının və göstərilən xidmətlər üçün qiymət cədvəllərinin (menyuların) düzgün tərtib olunmaması müəyyən edilib:
 
"İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsinə əsasən qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə məsuliyyət daşınır.
Qeyd olunanları nəzərə alaraq, göstərilən ünvanda qanun pozuntusunun qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsi üçün aidiyyatı üzrə Azərbaycan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə məlumat verilib”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR