Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Nəsirov, Cavadov və Sadıqov bu sahələri kurasiya edəcək – Rəsmi açıqlama

Nəsirov, Cavadov və Sadıqov bu sahələri kurasiya edəcək – Rəsmi açıqlama

Tarix: 28-01-2020, 12:33

"Bu gün AFFA-nın rəhbər orqanlarına seçilənləri təbrik edirəm. İcraiyyə Komitəsinin iclasında administratif dəyişikliklər təsdiqləndi. Hər bir üzv ayrı-ayrı sahəyə cavabdeh olacaq".
Qol.az xəbər verir ki, bu sözləri AFFA-nın yeni icraçı vitse-prezidenti seçilən Elxan Məmmədov İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclasından sonra keçirilən mətbuat konfransında  deyib.
O, bəzi yeni sistem tətbiq olunduğunu söyləyib: "İsgəndər Cavadov region futboluna cavabdeh olacaq, Kazbek Tuayev veteranlarla işbirliyi görəcək. Mən icraçı vitse-prezident təyin olundum. Zaur Axundov futzalla, Rauf Əliyev uşaq futboluna nəzarət edəcək. Vaqif Sadıqov məşqçilər və klublarla işbirliyi edəcək. Elşad Nəsirov milli komandalara nəzarət edəcək. Firudin Qurbanov tələbə, məktəbli futboluna cavabdeh olacaq. Elmar Məmmədyarov beynəlxalq əlaqələr üzrə fəaliyyət göstərəcək” - deyə o  bildirib.
E.Məmmədov baş katib vəzifəsinin də onun özünə həvalə olunduğunu vurğulayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR