Son Xəbər: "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar, İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək, Zakir Həsənov Pakistana başsağlığı verib, Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək, Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb, Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq, Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb, 23 saat 43 dəqiqə: Suverenlik, separatizmin sonu və Cənubi Qafqazda yeni reallıqlar - ŞƏRH, Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM, İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb,

Azərbaycanda koronavirusdan 12 nəfər ölüb? - İDDİA - RƏSMİ AÇIQLAMA

Azərbaycanda koronavirusdan 12 nəfər ölüb? - İDDİA - RƏSMİ AÇIQLAMA

Tarix: 28-01-2020, 15:54

"1987-ci il təvəllüdlü Əliyeva Gülnar Namaz qızı iki gün öncə Mərkəzi Klinik Xəstəxanada vəfat edib"

Anews.az xəbər verir ki, bu sözləri jurnalist Həbib Müntəzir özünün feysbuk hesabında paylaşıb. 

Həbib Müntəzir qeyd edib ki, Gülnar Əliyeva bir neçə gün öncə ağciyərlərin iltihablanması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. 

"Sədərəkdə kiçik sahibkar kimi işləyirdi. Sədərəkdə Çin mallarının sıx satıldığı yer idi. Həkim xəstə yaxınlarına deyib ki, eyni diaqnozla artıq 12 nəfər dünyasını dəyişib. Bu məlumat panika filan yaratmaq üçün deyil, sadəcə rəsmi orqanlar mütləq şəkildə əhalini məlumatlandırmalıdır və maarifləndirməlidir. Xəstəlikdən maksimum qorunmanın yollarını anlatmalıdır, əlavə tədbirlər görülməlidir. Gizlətməklə nəsə etmək çıxış yolu deyil, bunu illərdir deyirik", - deyə o əlavə edib. 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin də mövqeyin öyrəndik. Nazirliyin mətbuat xidmətindən məlumatı təkzib etdilər. 

"Ölüm faktı ilə bağlı ancaq prokurorluq açıqlama verə bilər ki, səbəblər nədir. Ancaq ümumilikdə Azərbaycanda koronavirusa yoxulma halı qeydə alınmayıb, bu diaqnoz heç kimə qoyulmayıb", - deyə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabinetində, Ümumdünya Səhiyyə Təşkilatının və Çin Xalq Respublikası hökumətinin elan etdiyi kimi, ÇXR-in Uhan şəhərində yayılmış və artıq dünyanın başqa regionlarında da qeydə alınmış koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib.birlər görülməlidir. Gizlətməklə nəsə etmək çıxış yolu deyil, bunu illərdir deyirik", - deyə o əlavə edib. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR