Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Kriştianu Ronaldonun instaqram izləyicisi - 200 milyon - Dünyada ilk

Kriştianu Ronaldonun instaqram izləyicisi - 200 milyon - Dünyada ilk

Tarix: 29-01-2020, 10:08

Portuqaliya milli komandasının və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldo qeyri-adi rekorda imza atıb.

Mediabiz.az saytının məlumatına görə, ulduz hücumçu instaqramdakı izləyici sayı 200 milyona çatan ilk şəxs kimi tarixə düşüb.
Adıçəkilən sosial şəbəkədə mütləq lider olan portuqaliyalının ən yaxın izləyicisi Ariana Qrandedir. Amerikalı pop müğənninin 173 milyon izləyicisi var.

İlk “üçlüy”ü digər amerikalı – aktyor Duayn Conson qapayır. O, həmyerlisindən 3 milyon izləyici geri qalır.
Qeyd edək ki, K.Ronaldonun futbol meydanlarındakı əsas rəqibi İspaniya “Barselona”sının argentinalı ulduzu Lionel Messinin 141 milyon izləyicisi var.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR