Son Xəbər: Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq, "Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib - YENİLƏNİB, Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək, Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ, Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 3,4 milyard manat xərcləyəcək, Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib, İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq, "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib, İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb,

Müəllimlər üçün növbəti imtahan keçiriləcək

Müəllimlər üçün növbəti imtahan keçiriləcək

Tarix: 11-11-2019, 15:00

Ekspert: “Diplomundakı problemlə əlaqədar diaqnostik qiymətləndirməyə buraxılmayanların indi cəlb edilməsi ədalətlidir”
 
Dekabr ayının sonunda Təhsil Nazirliyi tərəfindən yenidən orta məktəblərdə çalışanların diaqnostik qiymətləndirməsi (DQ) keçiriləcək. AYNA xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat paylaşıb. Onun sözlərinə görə, imtahanda aşağıdakı şəxslərin iştirakı nəzərdə tutulur:
 
1. Orta məktəb psixoloqları;
2. İndiyə qədər DQ-dən keçməyən direktor və direktor müavinləri;
3. İndiyə qədər diplom probleminə görə DQ-yə cəlb olunmayan müəllimlər.
 
“Düşünürəm ki, 3-cü bənddə göstərilən, yəni diplomundakı problemlə əlaqədar DQ-yə buraxılmayanların indi cəlb edilməsi ədalətlidir. Birincisi ona görə ki, onlar orta məktəblərdə çalışırlar və bəlkə də bilik və bacarıqları digərlərindən yüksəkdir. İkincisi, düşünürəm ki, bütün diplom probleminə görə DQ-yə buraxılmayanları dekabrda gözlənilən DQ-yə buraxmaq olmaz. Yalnız pedaqoji stajı 5 ildən çox olanları buraxmaq olar və onlara minimum bal tələbini tətbiq etmək lazımdır. Yəni, azı 70 faizdən çox nəticə göstərənləri DQ-dən keçmiş hesab etmək olar”, - ekspert bildirib.
 
K.Əsədovun dediyinə görə, bütün hallarda, xüsusilə psixoloqlar üçün təşkil ediləcək DQ-nin proqramı və ədəbiyyat siyahısı, ən geci noyabrın sonuna qədər təqdim olunmalıdır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR