Son Xəbər: Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək, Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb, Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib, Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib, Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq, İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib, Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub, İsraildə hökuməti kim formalaşdıracaq? - Sabah bəlli olacaq, İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib, Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır,

"Ukrayna və Azərbaycan uzun illər ərzində bir-birilə uğurla əməkdaşlıq edir" - Prezident

"Ukrayna və Azərbaycan uzun illər ərzində bir-birilə uğurla əməkdaşlıq edir" - Prezident

Tarix: 14-01-2022, 19:48

"Ukrayna və Azərbaycan uzun illər ərzində bir-birilə uğurla əməkdaşlıq edir, biz beynəlxalq platformalarda da bir-birimizin maraqlarını müdafiə edirik".

Mediabiz.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi geniş tərkibdə görüşündə deyib.

Dövlət başçısı bildirib:

"İki ölkənin bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə dəstəklənməsi, müdafiə edilməsi əməkdaşlığımızın səviyyəsindən xəbər verir. Bu gün siyasi dialoqla bərabər, çox geniş iqtisadi gündəliyimiz var. Bu gün biz Sizinlə bu gündəliyi geniş, bir-bir müzakirə etdik və qeyd etdiyiniz kimi, çox gözəl perspektivlər var".

"Şadam ki, artıq iqtisadi sahədə canlanma var, baxmayaraq ki, pandemiya hələ davam edir. Amma ticarət dövriyyəmizin qalxmasına nəzər salsaq görərik ki, müsbət meyillər mövcuddur. Bu gün müzakirə etdiyimiz və əminəm ki, həyata keçiriləcək məsələlər və layihələr bizim iqtisadi əməkdaşlığımızı dərinləşdirəcək. Ənənəvi olaraq, energetika sektorunda bizim əməkdaşlığımız var, Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR uzun illər Ukraynada fəaliyyət göstərir və bu fəaliyyəti genişləndirmək istəyir. Nəqliyyat, kənd təsərrüfatı, turizm sektorlarının da böyük perspektivləri var. Əsas odur ki, hökumətlərarası komissiya bütün bu məsələləri geniş təhlil edib konkret qərarların hazırlanması ilə bağlı bundan sonra da fəal məşğul olsun. Mən komissiyanın fəaliyyətini müsbət qiymətləndirirəm və eyni zamanda, müxtəlif dövlət qurumları arasındakı təmaslar da son vaxtlar daha intensiv xarakter alır. Həm qarşılıqlı səfərlər, eyni zamanda, telefon vasitəsilə təmaslar bir çox məsələlərin həllinə xidmət göstərir", - Prezident qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR