Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

“Qarşıdakı bir ildə Qarabağ problemini həll etməyə çalışacağıq” - Çavuşoğlu

“Qarşıdakı bir ildə Qarabağ problemini həll etməyə çalışacağıq” - Çavuşoğlu

Tarix: 29-01-2020, 15:09

Bu gün Qlobal Jurnalistlər Konseyinin qurucuları Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
 
Modern.az xəbər verir ki, görüş zamanı M.Çavuşoğlu ilə müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb. Nazir Türkiyənin artıq dünyada böyük gücə çevridiyini vurğulayaraq, dünyanın bir çox ölkələrində, Liviyada, İraqda, Suriyadakı böyük güclərin qurduqları haqsız oyunları pozduğunu bildirib.
 
Qlobal Jurnalistlər Konseyinin qurucularından olan, azərbaycanlı jurnalist Elşad Eyvazlının Dağlıq Qarabağdakı oyunların nə zaman pozulacağı ilə bağlı sualına isə M.Çavuşoğlu belə cavab verib:
 
"Rusiya da istəsə, biz Dağlıq Qarabağ problemini həll edə bilərik. Bu problemin həll olunması üçün əlimizdən gələni edirik. Minsk qrupunun həmsədrləri artıq aylardır ki, bu istiqamətdə danışıqlar aparmaq üçün Türkiyədə bir araya gələcəyini deyir, lakin biz hələ ki, bir nəticə görmürük. Rusiya istəsə bizim də iştirakımızla bu problemi həll edə bilərik. Sonuncu dəfə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə də biz bu məsələni müzakirə etdik. Qarşıdakı bir ildə bu problemi həll etməyə çalışacağıq. Bu istiqamətdə bəzi məsələlər var ki, müzakirə edirik, lakin hələ bu barədə açıqlama vermək düzgün deyil”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR