Son Xəbər: Əli Əsədov və Denis Şmiqal Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə ediblər, Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji müttəfiqlik münasibətlərini müzakirə ediblər, Şahin Bağırov Xankəndidə vətəndaşları qəbul edəcək, Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur, Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN, Azərbaycanlı biznesmen çətin sınaq qarşısında - milyardlarını itirə bilər, Komitə rəsmisi: Azərbaycanda erkən nikahlar əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb, TƏBİB-in mətbuat departamentinə yeni rəhbər təyin olunub, Səyyar ASAN xidmətin iyunda fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb, Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik edib,

Moskvada metrostansiyalardan birinə Həzi Aslanovun adı verilə bilər - Putinə müraciət olunub

Moskvada metrostansiyalardan birinə Həzi Aslanovun adı verilə bilər - Putinə müraciət olunub

Tarix: 29-01-2020, 18:19

Rusiyanın paytaxtı Moskva şəhərində iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adına küçə verilməsi üçün Moskva meri Sergey Sobyaninə müraciət olunub.

Bu barədə APA-nın Moskva müxbirinə Hərbçi Ailələri İttifaqı və Rusiya Prezidenti yanında Hərbi-mülki münasibətlər üzrə daimi komissiyanın sədri Mariya Bolşakova bildirib.

Onun sözlərinə görə, Rusiya paytaxtında Həzi Aslanovun adına küçə verilməsi təşəbbüsünü Moskvanın Qərb Dairəsi üzrə Azərbaycanlıların milli mədəni muxtariyyətinin sədri, Dövlət Dumasında deputat köməkçisi Əli Kazımov irəli sürüb.

“Bu çox yaxşı və mühüm təşəbbüsdür. Çünki Həzi Aslanov təkcə Azərbaycanın yox, həm də Rusiyanın qəhrəmanıdır. Onun Böyük Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıq bu gün də məmnuniyyətlə xatırlanır.

Ona görə də hesab edirik ki, Həzi Aslanovun xatirəsinin əbədiləşdirilməsi vacibdir. Moskvada mütləq onun adına küçə verilməlidir. Bundan əlavə müraciətdə Həzi Aslanovun adının orta məktəbə, xiyabana verilməsi də qeyd olunub”, - deyə o qeyd edib.

Əli Kazımov isə APA-ya açıqlamasında bildirib ki, İkinci Dünya müharibəsində Qələbənin 75 illiyi münasibətilə Moskvada yeni inşa olunan metro stansiyalardan birinə Həzi Aslanovun adının verilməsi barədə Rusiya Prezidenti Vladimir Putinə müraciət olunub:

“Əlimizdən gələni edəcəyik ki, Qələbənin 75 illiyi ərəfəsində Moskvada Həzi Aslanovun xatirəsi əbədiləşdirilsin”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR