Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Bakıda hava limanında koronavirusla bağlı ciddi yoxlama

Bakıda hava limanında koronavirusla bağlı ciddi yoxlama

Tarix: 30-01-2020, 08:41

Bu gecə Pekin-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişinlər Heydər Əliyev Beynəlxalq Hava Limanında ciddi yoxlanışdan keçiriliblər.

Report xəbər verir ki, təyyarədən enən 85 sərnişin koronavirusla bağlı hava limanında olan həkimlər və epidemiologiya xidmət tərəfindən müayinə edilərək yoxlanılıb.

Sərnişinlərin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tibbi maska ilə sərnişinlərin sənədlərini yoxlayıblar.

Eyni zamanda DSX əməkdaşları tərəfindən digər ölkələrdən təyyarə ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərin onlarla təmasda olmaması üçün dövlət sərhədindən buraxılış məntəqələrinə keçmələrinə icazə verilməyib.

Qeyd olunub ki, Çindən gələn sərnişinlərin hamısı təhlükəsizlik səbəbindən tibbi müayinədən keçdikdən sonra digər sərnişinlərin dövlət sərhədindən buraxılış məntəqələrinə keçidinə icazə veriləcək.

Nəticədə İstanbul-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişinlər foyedə gözləməli olub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR