Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Milli Məclisin komitələri bu mövzuda dinləmələr keçirəcək - SİYAHI

Milli Məclisin komitələri bu mövzuda dinləmələr keçirəcək - SİYAHI

Tarix: 26-01-2022, 17:56

Yanvarın 18-dən etibarən Milli Məclisin komitələrinin iclası başlayıb. Komitələr yaz sessiyası üçün iş planını müzakirə edərək təsdiqləyiblər. Bu sessiyada bir neçə komitədə dinləmələrin keçirilməsi nəzərdə tutulub. 

Mediabiz.az komitələrdə nəzərdə tutulan dinləmələri təqdim edir:

Səhiyyə komitəsində “Onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri”, “Optika və optikaçılıq”, “Ürək və qan dövranı çatışmazlığı xəstəlikləri” və “Tibbi tullantıların idarə olunması” mövzularında dinləmələrin keçirilməsi nəzərdə tutulub. 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sessiya ərzində sahibkarlarla, qeyri-hökumət təşkilatlarının nümayəndələrilə bir sıra görüşlərin, ictimai dinləmələrin keçirilməsini  planlaşdırılıb.

Əmək və sosial siyasət komitəsi “Əmək pensiyaları sahəsində aparılan islahatlar: nəticələr, çətinliklər və perspektivlər” mövzusunda və “Tütün istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun icrası vəziyyəti barədə dinləmələr keçirəcək. 

Regional məsələlər komitəsi aidiyyəti qurumların, yerli idarəetmə orqanlarının nümayəndələrinin iştirakı ilə dinləmələrin keçirilməsini nəzərdə tutub.

Ailə, qadın və uşaq məsələləri komitəsi, İnsan hüquqları komitəsi və Mədəniyyət komitəsi də dinləmələr keçirəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR