Son Xəbər: Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL, Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib, Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb, Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ, Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir", Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var, Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək, İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib, DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir, Azərbaycan neftinin qiyməti 117 dolları keçib,

Bakıda Çin restoranları bağlanır? — AÇIQLAMA

Bakıda Çin restoranları bağlanır? — AÇIQLAMA

Tarix: 30-01-2020, 13:39

"Koronavirus - 2019-nCoV'" virusunun Çində yayılması xəbəri fonunda Azərbaycanda fəaliyyət göstərən və Çin mətbəxini təmsil edən restoranlarda araşdırmalar aparılıb.
Mediabiz.az xəbər verir ki, Trend-in bu soruğusuna cavab olaraq DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib ki, Assosiasiya bu məsələ ilə bağlı ölkədə uzun zamandır fəaliyyət göstərən Çin restoranları ilə əlaqə saxlayıb:

"Belə məlum olub ki, koronavirus xəbərləri Azərbaycanda fəaliyyət göstərən və Çin mətbəxini təmsil edən restoranlarına heç bir mənfi təsir göstərməyib. Onlar bildiriblər ki, ərzaq məhsullarının heç birini əslində Çindən gətirmirlər, digər yaxın Asiya ölkələrindən idxal edirlər".


Sədr əlavə edib ki, ötən il Çinlə Azərbaycan arasında memorandum imzalanmışdı və bu il ölkəmizə 200 min çinli turistin gəlməsi gözlənilirdi:

"Bildiyimiz kimi, Azərbaycana Çindən elə də çox sayda turist axın etmir. Ancaq ötən il hər iki ölkə arasında memorandum imzalanmışdı. Yeni müqaviləyə əsasən yaxın vaxtlarda ölkəmizə 200 minə qədər turistin cəlb olunması planlaşdırılırdı. Çox təəssüf ki, 200 min turisti itirdik".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR