Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

KİV: Həmsədrlər Paşinyanın Qarabağla bağlı mövqeyindən narahatdır

KİV: Həmsədrlər Paşinyanın Qarabağla bağlı mövqeyindən narahatdır

Tarix: 30-01-2020, 14:03

Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsinin nizamlanması üzrə keçirdiyi mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər və mətbuatda yer almış sitatları ATƏT-in Minsk Qrupu həmsədrlərinin ciddi narahatlığına səbəb olub.


News.am saytının məlumatına görə, bu barədə “168 Jam” öz mənbələrinə istinadən xəbər yayıb.

“Həmsədrlər bu addımı Paşinyanın özfəaliyyətinin növbəti cəhd kimi qəbul ediblər, bu isə Minsk Qrupunun strategiyası ilə birmənalı olaraq ziddiyyət təşkil edir. Yanvarın 29-da Cenevrədə  Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti, Endryu Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə  görüşüb. Mənbəmizin məlumatına görə, həmsədrlərin Paşinyanın Qarabağla bağlı söylədikləri ilə əlaqədar Mnatsakanyanla olduqca sərt söhbətləri olub” - deyə nəşr məlumat yayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR