Son Xəbər: Ukrayna ordusuna aid dronun Donetskdə avtobusa düşməsi nəticəsində yeddi nəfər ölüb, Əli Əsədov və Denis Şmiqal Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə ediblər, Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji müttəfiqlik münasibətlərini müzakirə ediblər, Şahin Bağırov Xankəndidə vətəndaşları qəbul edəcək, Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur, Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN, Azərbaycanlı biznesmen çətin sınaq qarşısında - milyardlarını itirə bilər, Komitə rəsmisi: Azərbaycanda erkən nikahlar əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb, TƏBİB-in mətbuat departamentinə yeni rəhbər təyin olunub, Səyyar ASAN xidmətin iyunda fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb,

İSESKO-nun İcraiyyə Şurasının 40-cı sessiyasında bir sıra mühüm qərarlar qəbul edilib

İSESKO-nun İcraiyyə Şurasının 40-cı sessiyasında bir sıra mühüm qərarlar qəbul edilib

Tarix: 31-01-2020, 14:51

Yanvarın 29-30-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə İSESKO-nun İcraiyyə Şurasının 40-cı sessiyası keçirilib. Sessiya Baş Konfransın səlahiyyətləri səviyyəsində olub.

Tədbirdə BƏƏ-nin Mədəniyyət və Biliklərin İnkişafı naziri xanım Nura bint Məhəmməd əl-Kəabi, İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, milli komitələrin katibləri və digər rəsmi nümayəndələr iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, sessiyada ölkəmizi Azərbaycan Respublikasının İSESKO üzrə Milli Komissiyasının katibi, Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini və beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə təmsil edib.
Sessiyanı giriş sözü ilə açan xanım nazir Nura bint Məhəmməd əl-Kəabi İSESKO-nun fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, İslam dünyasında həyatın bir çox sahəsində baş verən transformasiyalar təşkilatlardan yeni baxış, strategiya tələb edir, daha yaxşı gələcək yaratmaq naminə innovativ həll yollarını axtarıb tapmağa sövq edir. Bu baxımdan burada müzakirə olunan məsələlər böyük əhəmiyyət daşıyır.
İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik təşkilatın yeni strategiyası haqqında danışıb, onun fəaliyyətini gücləndirmək, çağırışlara daha çevik cavab verməsini təmin etmək məqsədilə bir sıra təkliflər irəli sürüb.
Çıxışlardan sonra gündəlikdə duran mövzular, o cümlədən İSESKO-nun 2020-2030-cu illər üzrə strateji planı, 2020-2021-ci illər üzrə fəaliyyət planı, təşkilatın yeni struktur layihəsi, İnkişaf Vəqfinin, Beynəlxalq Məşvərət Şurasının yaradılması layihələri ətrafında müzakirələr aparılıb. Həmçinin İSESKO-nun son illərdəki fəaliyyətinə dair hesabatı, eləcə də maliyyə hesabatı dinlənilib.
Azərbaycan nümayəndəsi Vasif Eyvazzadə müzakirələrdə fəal iştirak edib, gündəlikdə duran məsələlər barədə rəy və təkliflərini bildirib.
Sessiyada təşkilatın yeni adı və loqosu səsə qoyularaq yekdilliklə qəbul edilib. İSESKO-nun yeni strategiyasına uyğun gəlməyən, onun fəaliyyət çərçivəsini daraldan əvvəlki adı dəyişdirilərək İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı olub.
İştirakçılar İSESKO-nun İnkişaf Vəqfinin, Beynəlxalq Məşvərət Şurasının təsis edilməsi fikrini dəstəkləyib, təşkilatın nizamnaməsinə dəyişikləri təsdiqləyib.
İcraiyyə Şurasının növbəti - 41-ci sessiyasının gələn ilin əvvəlində İSESKO-nun Rabatdakı baş qərargahında keçirilməsi qərara alınıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR