Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

“Qarabağ” Alper Potukla razılığa gəldi

“Qarabağ” Alper Potukla razılığa gəldi

Tarix: 1-02-2020, 10:21

“Qarabağ” “Fənərbaxça”nın futbolçusu Alper Potukla razılığa gəlib.
Mediabiz.az “Milliyyet”ə istinadən xəbər verir ki, Ağdam klubu yarımmüdafiəçini birdəfəlik almaq üçün yüksək təzminat ödəməkdə çətinlik çəkdiyindən Potuku icarəyə götürmək niyyətindədir.

Xəbərdə bildirilib ki, “Fənərbaxça” 28 yaşlı futbolçunu digər Türkiyə Super Liqa təmsilçisi “Rizəspor”a icarəyə vermək istəyir, lakin futbolçu “Qarabağ”a keçmək niyyətindədir.

Məlumata görə, “Qarabağ” Alperin maaşının bir hissəsinin “Fənərbaxça” tərəfindən ödənilməsini istəyir. İllik 1.2 milyon avro qazanan futbolçunun mövsümün ortası olduğu üçün 600 min avro maaşı qalıb. Ağdam klubunun bu məbləğin yarısından bir qədər çoxunu ödəmək istədiyi iddia edilib. Ağdam təmsilçisi futbolçu ilə razılığa gəlsə də, yekun qərarı İstanbul təmsilçisi verəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR