Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

AZAL "Payız endirimləri" adlı aksiya elan edir

AZAL "Payız endirimləri" adlı aksiya elan edir

Tarix: 23-10-2019, 13:56

"Azərbaycan Hava Yolları" (AZAL) "Payız endirimləri" çərçivəsində aviabiletlərə endirim kampaniyası elan edir.
2019-cu il 23-31 oktyabr tarixləri aralığında aviabiletlərin uçuşdan 72 saat öncə alındığı təqdirdə ekonom-sinif üzrə qiymətlər aşağıdakı kimi olacaq (qiymətlər Bakıya və geri istiqamətdə gediş-dönüş olmaqla göstərilmişdir):

  • Küveyt - 159 avro
  • Antalya - 169 avro
  • İstanbul - 179 avro
  • Dubay - 179 avro
  • Almatı - 189 avro
  • Ankara - 189 avro
  • Tel-Əviv - 229 avro
  • Berlin - 269 avro
  • Milan - 289 avro
  • Paris - 299 avro
  • Ciddə - 309 avro
  • London - 389 avro
  • Nyu-York - 439 avro
Qiymətlər bütün vergi və yığımlar nəzərə alınmaqla göstərilmişdir.
Aviabiletlərin dəyərinə 23 kq-dək baqajın, həmçinin 10 kq-dək əl yükünün (55*40*23 sm-dək ölçüdə) daşınması daxildir.
Endirimli qiymətlərlə təqdim edilən aviabiletlərin sayı məhduddur.
Uçuşlar 2019-cu il 1 noyabr - 7 dekabr tarixləri aralığında həyata keçiriləcək. Endirimlə əldə olunmuş biletlər geri qaytarılmır və dəyişdirilmir. Reys çərçivəsində "AZAL Miles" bonus proqramından istifadə etmək mümkündür. Bonus proqramı haqqında ətraflı məlumat www.miles.azal.az saytında təqdim edilmişdir.
Aviabiletləri www.azal.az saytında, AZAL-ın kassalarında və şirkətin rəsmi agentliklərində əldə etmək olar.
Əlavə məlumat üçün aviaşirkətin müştəri xidmətlərinə callcenter@azal.az elektron poçt ünvanı və yaxud saytımızda əks əlaqə forması vasitəsilə müraciət edə bilərsiniz.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR