Son Xəbər: Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq, Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib, Prezident Milix Yevdayevi təltif etdi, Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq, Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb, Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub, Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb, Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq, Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb, Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq,

Gənclər gününüz mübarək!

Gənclər gününüz mübarək!

Tarix: 2-02-2020, 10:36

1 Fevral 1997-ci il tarixində ümummilli lider, mərhum prezident Heydər Əliyev hər ilin 2 fevral gününün “Gənclər Günü” kimi qeyd edilməsi haqqında sərəncam imzalamışdır. Ulu öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, 5 dövlət proqramının qəbulu, “Dövlət gənclər siyasəti haqqında” fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Bu, gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradır, habelə dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin həllinə yönəldirdi. Ulu öndərin gəncliyə və gənclərə etimadı indi öz təsdiqini tapmaqdadır. Gənclik gözəllik, yeni sabahlara işıqlı bir yoldur. Bu yolun yolçuları hər zaman dayanmadan çətinlikləri dəf etməyə çalışır, əzmkarlıq göstərirlər. Gənclik – insan yaşının ən parlaq səhifəsidir. Ölkənin ictimai-siyasi, iqtisadi və digər sahələrində gənclərin fəallığı artıb. Dövlətin idarəetmə strukturlarında gənclərin fəallığına diqqət yetirilir. Bu illər ərzində gənclərin problemlərinin aradan qaldırılmasında, işlə təmin edilmələri üçün müxtəlif qurumlar yaradılmışdır. Bu gün gənclər, tələbələr Respublikamızın adını bir çox ölkələrdə layiqincə ucaldır və bir çox halllarda Azərbaycan dövlət himnini düşmən qonşumuzun ölkəsində səsləndirirlər. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Bütün Azərbaycan Gəncliyini ürəkdən təbrik edir, onlara müvəffəqiyyətlər diləyirik!




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR