Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Bakı polisindən gecə klubunda əməliyyat

Bakı polisindən gecə klubunda əməliyyat

Tarix: 3-02-2020, 08:51


Bakıda gecə klubunda narkotik maddə satan şəxs saxlanılıb.

APA-nın məlumatına görə, Nəsimi rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü İ.Rzayev saxlanılıb. Ondan 0,23 qram metidioksimetamfetamin götürülüb.

Davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Rzayevə narkotik maddəni satan R.Əliyev Muxtarov küçəsində yerləşən gecə klubunda saxlanılıb.

Ondan klubda saxladığı yerdə ümumi çəkisi 23,49 qram olan 11 paket metidioksimetamfetamin, 85,265 qram marixuana və çəkisi 6,461 qram olan 12 paket anmetamfetamin aşkar edilib.

Hər iki şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR