Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Koronavirus testləri Azərbaycanda kimlərə tətbiq olunacaq? - AÇIQLAMA

Koronavirus testləri Azərbaycanda kimlərə tətbiq olunacaq? - AÇIQLAMA

Tarix: 3-02-2020, 11:40

“Koronavirus epidemiyasının diaqnostikası ilə bağlı Azərbaycana gətirilən testlər üçün nümunələr virusa yoluxan şəxslərlə ünsiyyətdə olanlar və həmin bölgədən qayıdanlardan götürülür. Bunu ancaq tibb işçiləri edə bilərlər”.
Bunu “Report”a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.
O bildirib ki, götürülən nümunələrin cavabı, təxminən, iki günə məlum olur: “1 saylı Kliniki Tibbi Mərkəzdə həkim nəzarətində olan şəxslərdən götürülən nümunələr həmin testlər vasitəsilə yoxlanılıb və nəticələr mənfi çıxıb”.
Xatırladaq ki, testlər ölkəyə Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə gətirilib.
Qeyd edək ki, testlər Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindədir. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR