Son Xəbər: Aİ-nin Ermənistandakı yeni missiyasının əsas fəaliyyət istiqamətləri açıqlanıb, TƏBİB: Metrodakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfərə yerində yardım göstərilib, Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək - Fərman, Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb, 3 ayda 7738 cinayət qeydə alınıb - 85,9 faizinin üstü açılıb, Metronun fəaliyyəti bərpa olundu - Yenilənib, Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib, Soheyl Mahmud: Azərbaycanın təşəbbüsü D-8 çərçivəsində əməkdaşlığa təkan verəcək, Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb, Kənar dairəvi yolda minik maşını "Kamaz"la toqquşub, ölən və xəsarət alanlar var,

"İlham Əliyevin bütün hüceyrələri müstəqilliyi qorumağa səfərbər olub" - Rəsul Quliyev

"İlham Əliyevin bütün hüceyrələri müstəqilliyi qorumağa səfərbər olub" - Rəsul Quliyev

Tarix: 23-02-2022, 09:26

"Prezident Əliyev Putinin Ukraynanın torpağının bir hissəsini işğal etməklə dünyada yaranmış çox təhlükəli  vəziyyətdə Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq və dahada mökəmləndirmək üçün çox ciddi addımlar atır. Onun Putinlə görüşündə necə həyəcanlı olduğunu görməmək mümkün deyil. İnsanın bütün hüceyrələri Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq və möhkəmləndirmək üçün səfərbər olub. Bütövlüklə imza atılmış bəyyannamə tərəflərə oradan çıxmağa imkan verir. Bəyyannamə daha çox arzu edilir stilində yazılıb bu da çox yaxşıdır".

Bunu Milli Məclisin sabiq sədri Rəsul Quliyev deyib. O bildirib ki, bəynnamədə Ermənistanla əlaqədar qeyd olunanlar təqdirə layiqdir:

"Ancaq Rusiya yəni yaranandan bu günə qədər Rusiyadır. O, verdiyi sözü istənilən vaxt pozub aqressiya ilə məşğul ola bilər. Azərbaycanın yanında hətta onu virtual dəstəkləyə biləcək ölkələr yoxdur. ABŞ və Avropa Ukraynanı dəstəkləyir və Rusiya Ukraynanın bir hissəsini işğal edir. Bu necə dəstəkdir? 1998-ci ilə qədər Ukrayna nüvə bombaları daşıyan və 5 min km-ə qədər uçan raketlər istehsal edirdi. Əgər bu silahlar bu gün Ukraynada olsaydı nə Krım, nə də Donbas, Luqansk Rusiyanın tərkibində olmazdı. Ukraynanın bu vəziyyətə düşməsinin səbəbkarları bu silahları zorla ləğv edən ABŞ, BB və Rusiya olub. Belə çıxır ki, bu müqavilə ilə Krım və Ukraynanın şərqinin Rusiyaya verilməsi əvvəldən planlaşdırılıb. 

Əgər belə deyilsə nə üçün Ukraynaya müasir hava hucumundan müdafiə sistemi vermək əvəzinə 60 il bundan öncə istehsal edilmiş və cəmi 3 km hündürlüyündə təyyarələri vura bilən stingerləri verirsiniz? Bu yazıq Ukrayna artıq 10 dəfədir "Biz Rusiyadan qorxmuruq, ancaq silah verin" deyir.

Fikrimcə, Azərbaycan müstəqilliyini möhkəmləndirmək üçün lazımsa Prezident Ermənistana gedib orada hərtərəfli müqaviləni imzamalıdır. Əgər mümkün olsa Prezident Ərdoğan da Ermənistanla müqaviləyə imza atmalıdır. Bu işi Ankara və Bakıda da etmək olar. Ancaq çox vacibdir ki, bu sənəd imzalansın. Bir sözlə Azərbaycanın dərrakəli adamları Prezident İlham Əliyevin gördüyü mühüm işlərin mahiyyətini anlayır".





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR