Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Azərbaycanda anomal istilər müşahidə olunacaq - XƏBƏRDARLIQ

Azərbaycanda anomal istilər müşahidə olunacaq - XƏBƏRDARLIQ

Tarix: 3-02-2020, 14:57

"Fevralın 2-də çoxillik göstəricilər ilə müqayisədə havanın temperaturu 3,4 dərəcə yüksək olub və Bakıda 11 dərəcəyədək yüksəlib”.

Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, regionlarda 13 dərəcəyədək isti müşahidə olunub. Dağlıq ərazilərdə isə 2 dərəcəyədək müsbət temperatur qeydə alınıb.

Yaxın 2 gün ərzində Azərbaycanda hava şəraitini cənubdan hərəkət edən isti hava kütlələri təyin edəcək: "Ona görə də hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin fevralın 4-ü, 5-i və 6-da cənub, cənub-qərb küləyinin güclənəcəyi gözlənilir. Küləyin sürəti 15-18 m/san ,arabir 23-25 m/san-dək güclənəcək”.

U. Tağıyeva deyib ki, temperatur bu günlə müqayisədə bir neçə dərəcə yüksələcək. Paytaxtda maksimal temperatur 10-15, ayın 6-da isə 19 dərəcəyədək isti olacaq. Aran rayonlarında havanın temperaturu 12-17, fevralın 5-6-da bəzi yerlərdə 20 dərəcəyədək isti təşkil edəcək. Dağlıq ərazilərdə də anomal isti hava şəraiti hökm sürəcək. Həmin ərazilərdə 7-12 dərəcə isti




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR