Son Xəbər: Bakının bir sıra yollarında tıxac var - SİYAHI, COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO, Ermənistanda İran vətəndaşına məxsus yük maşını qəza uğrayıb, sürücü ölüb, “COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı, Lukaşenko nədən qorxduğunu açıqladı: Həyatım boyu..., Prezident bu nazirə ali xüsusi rütbə verdi, Qarabağa avtobus reyslərinə dekabr ayı üçün biletlər satışa çıxarılır, Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır, İmişlidə ölümlə nəticələnən yol qəzası olub, COP29-un on ikinci günündən FOTOREPORTAJ,

Azərbaycana xaricdən keyfiyyətsiz ət gətirilir: Yaxşı ət isə xaricə satılır - İDDİA

Azərbaycana xaricdən keyfiyyətsiz ət gətirilir: Yaxşı ət isə xaricə satılır - İDDİA

Tarix: 4-02-2020, 11:30

Azərbaycan ət ixracını genişləndirmək istəyir.

Belə ki, Azərbaycanda istehsal olunan mal әtinin Qәtәr dövlәtinә ixrac edilmәsi üçün fermerlәrlә görüşlәr keçirilib. Bu barədə “Aqrar tәdarük vә tәchizat” Açıq Sәhmdar Cәmiyyәtinin 2019-cu ilə dair hesabatında deyilir. Hesabatda göstərilir ki, yerli fermerlәrә dәstәk olaraq Hacıqabul rayonunda istehsal olunan toyuq mәhsulunun BӘӘ-nә ixracı hәyata keçirilib. Fermerlәrә ərәb ölkәlәrinin yeni bazarlarına ixrac üçün mәhsulun hazırlanması, qablaşdırılması, gömrük sәnәdlәşdirilmәsi vә göndәrilmәsi ilә bağlı tәlimlәr keçirilib.

Maraqlıdır, Azərbaycan ət istehsalında daxili bazarın tələbatını ödəyə bilirmi?

İqtisadçı-espert Akif Nəsirli Cebhe.info-ya açıqlamasında maraqlı məqamlara toxunub. Bildirib ki, idxal olunan keyfiyyətsiz əti daxili bazarda satırlar, istehsal olunan keyfiyyətli ət isə xarici bazara çıxarılır:

“Azərbaycanda ətə tələbatın daxili istehsal hesabına ödənilməsi prosesi ildən ilə zəifləyir. Statistikaya nəzər salsaq görərik ki, son 5 ildə ətin qiyməti durmadan bahalaşıb. Digər tərəfdən, ölkəyə ət idxalı çoxalıb. Dünya statistikasında 1 nəfərin illik ət təlabatı 80 kiloqramdır. Amma son illər Azərbaycanda tələbatın təxminən yarısı yerli istehsal hesabına ödənilir. Əvvəlki illərdə isə tələbatın 60-70 faiz yerli istehsal hesabına ödənilirdi. Məsələ bundadır ki, Azərbaycana idxal edilən ət kifayət qədər keyfiyyətsizdir. Amma ölkə daxilində istehsal olunan yüksək keyfiyyətli ətdir. Bu əsasla xarici ölkələrdən hər hansı birinin Azərbaycanda istehsal olunan ətə maraq göstərməsi təbiidir. Bir neçə il əvvəl Avropaya Azərbaycandan qoyun əti aparıb, bazardakı qiymətdən 2 dəfə baha satmışdılar. Məsələ bundadır ki, biz idxal etdiyimiz keyfiyyətsiz əti vətəndaşa yedizdirmək, keyfiyyətlisini isə xaricə ixrac etmək strategiyasını götürürük. Hesab edirəm ki, ölkə daxilində ət istehsalı o qədər genişləndirilə bilər ki, həm yerli təlabatı ödəyər, həm də ixrac edilər. Amma çox təəssüf ki, son bir neçə ildə kənd təsərrüfatı sahəsində ət istehsalı arxa plana keçib. Ona görə də ölkədə ildən-ilə ət istehsalı azalır, idxal isə artır”.

Ekspertin fikrincə, bunun aradan qaldırılması üçün Azərbaycanda potensial var, sadəcə, stimullaşdırıcı tədbirlər görülməlidir:

“Kənd təsərrüfatının bu seqmentinin inkişafı üçün investisiya qoyulmalıdır”.

Qeyd edək ki, 2019-cu ildə ölkəyə 51,5 min ton ət idxal edilib. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, idxal edilən ətin dəyəri isə 79,4 milyon ABŞ dolları olub.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycana 70 milyon dollarlıq 47,4 min ton ət idxal edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR