Son Xəbər: Paşinyan saqqalını qırxmasının səbəbini AÇIQLADI, Bakının bir sıra yollarında tıxac var - SİYAHI, COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO, Ermənistanda İran vətəndaşına məxsus yük maşını qəza uğrayıb, sürücü ölüb, “COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı, Lukaşenko nədən qorxduğunu açıqladı: Həyatım boyu..., Prezident bu nazirə ali xüsusi rütbə verdi, Qarabağa avtobus reyslərinə dekabr ayı üçün biletlər satışa çıxarılır, Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır, İmişlidə ölümlə nəticələnən yol qəzası olub,

Adil Əliyev istefasından danışdı: “Federasiyamıza çoxu gəlir mənbəyi gözü ilə baxır” - MÜSAHİBƏ

Adil Əliyev istefasından danışdı: “Federasiyamıza çoxu gəlir mənbəyi gözü ilə baxır” - MÜSAHİBƏ

Tarix: 4-02-2020, 12:08


Azərbaycan Kikboksinq Federasiyasının İdarə Heyətinin sədri, millət vəkilliyinə namizəd Adil Əliyevin Oxu.Az saytına müsahibəsi:

– Dünən başçılıq etdiyiniz federasiyanın İdarə Heyətinin protokolunu sosial şəbəkə vasitəsilə yaydınız. Məlum oldu ki, federasiyanın prezidenti olaraq sizin və vitse-prezidentlərin səlahiyyətlərinə xitam verilib və bu səlahiyyətlər İdarə Heyətinin sədrinə, yəni sizə tapşırılıb. Amma qərarda səbəb göstərilməyib. Səbəbi sizin dilinizdən eşidək...

– Burada təəccüblü bir şey yoxdur. Federasiya hər dörd ildən bir istefaya göndərilir, dörd ildən bir prezident və vitse-prezidentlər seçilir. Buna niyə təəccüblənirsiniz ki? Federasiyanın İdarə Heyəti bu qərara gəlib və prezidentlə beş vitse-prezidenti istefaya göndərib.


– İlk baxışdan bu qərarın sizin və vitse-prezident Güloğlan Cabbarovun Milli Məclisə seçkilərdə namizəd olması ilə əlaqələndirənlər oldu. Deməli, bu qərarın parlament seçkiləri ilə heç bir əlaqəsi yoxdur...

– Yox, bizim federasiya ictimai birlikdir. İctimai sektorda namizədlərin işdən çıxması məcburiyyəti yoxdur. Elə bir şey olsaydı, onda gərək namizədliyimi verməzdən əvvəl federasiyadan çıxardım. Bu, sadəcə dörd ildən bir həyata keçirilən prosedurdur.

– Bəs yeni seçkilərin müddəti bilinirmi?

– Allah qoysa, parlament seçkilərindən – fevralın 9-dan sonra onun günü təyin olunacaq. Əslində, federasiya ətrafında bu qədər səy-küy salmağın da bir mənası yoxdur. Bizim İctimai Birlik 85 federasiyadan biridir. Bu federasiya zəhmətimiz sayəsində tanınıb. Sadəcə, bizim federasiyaya çoxu gəlir mənbəyi gözü ilə baxır.

Bugünədək mən, vitse-prezidentlər və İdarə Heyətinin üzvləri ancaq bu federasiya üçün pul xərcləyib. Burda gəlir söhbəti qətiyyən yoxdur, ancaq böyük xərclər var. Hər zaman demişəm ki, kiminsə federasiyaya məndən çox pul buraxan tanışı varsa, buyursun, gəlib rəhbər olsun. Mən bu federasiyanı prezident kimi tutub saxlamamışam.

Sadəcə, çəkdiyimiz əziyyətlər boşa getməsin deyə, məcburiyyətdən burda qalmışam. 20 ildən çoxdur ki, mən bu federasiyadayam. Federasiyaya baxa biləcək adam varsa, buyursun, namizədliyini versin, seçilsin, yeni kikboksçular yetişdirsin.

– Federasiyanın mətbuat xidmətinin rəhbəri Pərvanə Quliyevanın işdən azad olunması nə ilə bağlıdır?

– O, heç vaxt federasiyanın mətbuat katibi olmayıb. Rəsmi olaraq bizdə işləməyib.

– Bəs sizdə rəsmi olaraq mətbuat xidmətinin rəhbəri funksiyasını kim icra edirdi?

– Bizdə, ümumiyyətlə, belə bir vəzifə olmayıb. Federasiyamızın elə imkanları yoxdur ki, mətbuat katibi, tərcüməçi və ya masajçı saxlayaq.

– Həm bu xanımın, həm də Güloğlan Cabbarovun son statuslarından belə başa düşülür ki, bu addım Cabbarova görə atılıb. Çünki qeyd olunur ki, deputatlığa namizəd Güloğlan Cabbarov daha vitse-prezident kimi fəaliyyət göstərməyəcək...

– Bəyəm kimsə zəmanət verir ki, mən yenidən prezident seçiləcəyəm və ya kim deyə bilər ki, başqa vitse-prezidentlər olacaq?! Buna federasiyaya keçiriləcək seçkilərdən sonra aydınlıq gələcək. Seçkilər olmamış belə bir fikir bildirmək düzgün olmaz.

– Ümumiyyətlə, sizin Güloğlan Cabbarovla münasibətlərinizin həmişə yaxşı olduğunu bilirik. Hətta yadımdadır ki, 2018-ci ilin sonlarında vitse-prezidentləri işdən çıxararkən onu və Nadir Əzizovu işində saxlamışdınız. Münasibətlərinizin pozulmasına nə səbəb oldu?

– Mən bu məsələyə şərh vermək istəmirəm. Düşünürəm ki, bunun idmana heç bir aidiyyəti yoxdur...




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR