Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Ərdoğan BÜTÜN DÜNYAYA ELAN ETDİ: Əgər Əsəd bunu etməsə...

Ərdoğan BÜTÜN DÜNYAYA ELAN ETDİ: Əgər Əsəd bunu etməsə...

Tarix: 5-02-2020, 12:23

"İdlibdəki hücum Suriyada yeni bir dövrün miladıdır”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisi Qrup Toplantısında çıxış edən prezident Bəşər Əsəd rejiminin türk əsgərlərinə hücumu barədə bunları deyib: "Türk əsgərinin qanını axdığı yerdə heç bir şeyin eyni şəkildə davam etməsinə icazə verməyəcəyik. Türkiyə kefi istədiyi üçün Suriyada deyil. Suriyada 2011-ci ildə başlayan daxili qarşıdurmalardan uzaq qalmaq üçün illərlə səbr etdik. Amma 2015-ci ildən böhran nəzarətdən çıxdı.

Rusiya ilə yaşadığımız və bir təxribat olaraq qəbul etdiyimiz təyyarə böhranı bizim mövqeyimizdən Suriya məsələsini daha da qarışıq vəziyyətə gətirdi. Adana Memorandumuna əsasən, Suriya torpaqlarına əməliyyat edə bilərik. Bəziləri "sizin Suriya torpaqlarında nə işiniz var?” deyir. Amerikanı da dəvət etmədilər.
 
Cənub sərhədlərimiz boyunca terror koridoru yaratma təşəbbüsləri heç dayanmadı. Əslində, dərdləri neft quyuları idi. Kimin iştahını çəkdiyi də ortada idi. 12 müşahidə məntəqəmizdən 2-i rejim xəttinin gerisində qalıb. Rejim fevral ayı ərzində nöqtələrimizin arxasından çəkilməsə, Türkiyə bu işi özü etmək məcburiyyətində qalacaq. Türkiyə nə edəcəksə, bunu heç bir məsumun canına, malına zərər gəlmədən etmək prinsipi ilə hərəkət edəcək”.

Qeyd edək ki, Bəşər Əsəd və Rusiya 3 fevral tarixində Türkiyə Silahlı Qüvvələrinin İdlibdəki müşahidə məntəqələrinə hücum etmiş, nəticədə 8 türk əsgəri, 1 şəxsi heyət üzvü həlak olmuşdu.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR