Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

"Neftçi" ilə oyunda təcrübə çatmadı" - "Arsenal"ın futbolçusu

"Neftçi" ilə oyunda təcrübə çatmadı" - "Arsenal"ın futbolçusu

Tarix: 5-02-2020, 14:51


Tula "Arsenal"ın futbolçusu Qoran Çauşiç Avropa Liqasının ikinci təsnifat mərhələsində "Neftçi" ilə keçirdikləri oyunları xatırladıb.
Qol.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi Sport-Ekspress" nəşrinə müsahibəsi zamanı Bakı klubu ilə matçlarla bağlı deyib: "Mənə elə gəlir, biz kifayət qədər hazır deyildik. Belə turnirlərdə komandaya özünə güvənən və Avropada bu cür matçlarda oynamış futbolçular lazımdır. Ancaq bizdə bu təcrübə çatmadı.
Çempionata həqiqətən də yaxşı başlamışdıq Əmin idim ki, biz "Neftçi"dən də güclü olan komandanı məğlub edə bilərik. Ancaq iki çox zəif oyun oynadıq. Əvvəl adətən qələbə qazandığımız evdə. sonra isə səfərdə pis oynadıq. Bizə yalnız onu demək qalır ki, bu, futboldur. Hətta top-klublar da kiçik komandalara uduzurlar. Buna görə də irəli getmək lazımdır".

Qeyd edək ki,"Neftçi" səfərdə "Arsenal"a 1:0, evdə isə 3:0 hesabı ilə qalib gəlmişdi




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR