Son Xəbər: Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib, Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb, Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ, Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir", Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var, Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək, İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib, DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir, Azərbaycan neftinin qiyməti 117 dolları keçib, Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb,

Azərbaycanın bu rayonunda 21 kənd işıqsız qalıb - RƏSMİ

Azərbaycanın bu rayonunda 21 kənd işıqsız qalıb - RƏSMİ

Tarix: 6-02-2020, 10:37


Güclü külək Lerikin dağ kəndlərində elektrik enerjisinin verilişində problem yaradıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, dünən axşam saatlarından başlayan güclü külək səbəbindən Lerikin bir sıra kəndlərində elektrik enerjisinin verilişi dayandırılıb:

“Gecədən başlayan güclü külək nəticəsində rayonun bəzi yüksək dağ kəndlərində insanlara, evlərə təhlükə yaranmaması üçün “Azərişıq” ASC elektrik enerjisinin verilişini qısa müddətə dayandırıb.

Hazırda “Azərişığ”ın bir neçə briqadası elektrik enerjisinin bərpası üçün ərazidə tədbirlər görür. Lənkərandan da əraziyə briqada dəstəyi göndərilib. Güclü külək ərazidə işlərin gedişatını yubadır. Günortaya qədər bütün rayon ərazisində elektrik enerjisinin verilişi tam bərpa olunacaq. Hazırda 163 kənddən 142-də elektrik enerjisi təchizatı var”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR