Son Xəbər: Aİ-nin Ermənistandakı yeni missiyasının əsas fəaliyyət istiqamətləri açıqlanıb, TƏBİB: Metrodakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfərə yerində yardım göstərilib, Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək - Fərman, Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb, 3 ayda 7738 cinayət qeydə alınıb - 85,9 faizinin üstü açılıb, Metronun fəaliyyəti bərpa olundu - Yenilənib, Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib, Soheyl Mahmud: Azərbaycanın təşəbbüsü D-8 çərçivəsində əməkdaşlığa təkan verəcək, Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb, Kənar dairəvi yolda minik maşını "Kamaz"la toqquşub, ölən və xəsarət alanlar var,

Prezident fərman İMZALADI

Prezident fərman İMZALADI

Tarix: 29-03-2022, 19:58

Prezident İlham Əliyev  “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nda və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Sənədə əsasən, “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”na aşağıdakı məzmunda yarımbənd əlavə edilib:

“3.1.4-1. ərzaq məhsullarının satıcıları satmaq niyyətində olduqları məhsulların növü, qiyməti və miqdarı barədə məlumatı hər il sentyabrın 1-dək portalda yerləşdirirlər;”.

“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilib:

“3.1.3-1. “ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı” altsistemi;”;

“3.2.3-1. “ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı” altsistemi vasitəsilə satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının dövlət büdcəsinin vəsaiti hesabına satın alınmasına dair tələb və təkliflərin yerləşdirilməsi, istehsalçıların və ya satıcıların satınalan təşkilat tərəfindən seçilməsi, habelə satınalan təşkilatlarla istehsalçılar və ya satıcılar arasında ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı əməliyyatlarının və bununla əlaqədar digər tədbirlərin həyata keçirilməsi;”;

2.2. 5.1.25-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.1.26-cı yarımbənd əlavə edilib:

“5.1.26. ərzaq məhsulları istehsalçılarının, satıcılarının və satınalan təşkilatların aşağıdakı məlumatları:

1. fiziki şəxs olduqda – soyadı, adı, atasının adı, qeydiyyat ünvanı və fərdi identifikasiya nömrəsi;

2. hüquqi şəxs olduqda – tam adı, qanuni təmsilçisinin soyadı, adı və atasının adı, hüquqi ünvanı;

3. VÖEN-i və vergi ödəyicisi kimi uçota alınması haqqında digər məlumatlar;

4. əlaqə nömrələri;

5. elektron poçt ünvanı;

6. bank rekvizitləri (bankın adı, müxbir hesabı, kodu, VÖEN-i, SWIFT kodu və digər müvafiq məlumatlar).”;

2.3. 7.1.6-cı yarımbəndin 3-cü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 7.1.7-ci və 7.1.8-ci yarımbəndlər əlavə edilsin:

“7.1.7. ərzaq məhsullarının istehsalçıları və ya satıcıları:

1. qeydiyyatdan keçmək;

2. elektron kabinetdən istifadə etmək;

3. satınalan təşkilatların ərzaq məhsullarına tələbatlarına uyğun təkliflərini (məlumat və (və ya) sənədləri) daxil etmək;

4. satınalan təşkilatlarla ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı müqaviləsini elektron sənəd formasında bağlamaq, həmin müqavilədə dəyişiklik edilməsi üçün müqavilənin digər tərəfinə müraciət etmək;

5. ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı müqaviləsinə uyğun olaraq məhsulların təhvil-təslim aktını təsdiqləmək;

7.1.8. satınalan təşkilatlar:

1. qeydiyyatdan keçmək;

2. elektron kabinetdən istifadə etmək;

3. ərzaq məhsullarına tələbatları barədə məlumatları daxil etmək;

4. ərzaq məhsullarının istehsalçıları və ya satıcıları ilə ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı müqaviləsini elektron sənəd formasında bağlamaq, həmin müqavilədə dəyişiklik edilməsi üçün müqavilənin digər tərəfinə müraciət etmək;

5. ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı müqaviləsinə uyğun olaraq məhsulların təhvil-təslim aktlarını təsdiqləmək.”.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR