Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Azərbaycanda bu məhsullar bahalaşdı

Azərbaycanda bu məhsullar bahalaşdı

Tarix: 6-02-2020, 15:20

Azərbaycanda araq və kolbasaların qiymətində artım olub.
"Ölkə.Az" xəbər verir ki, ölkədə fəaliyyət göstərən market və supermarketlərdə kolbasa və arağın qiyməti artıb. Araqlarda bahalaşma 12% olub. Buna səbəb aksiz vergisinin tətbiq olunması olub. Bahalaşma həm yerli, həm də xarici istehsal olan araqlarda özünü göstərib.
Kolbasa və sosislərdə isə əsas bahalaşma “Səhliyalı” şirkətinin “1000 bərəkət, halal nemət” məhsullarında baş verib. Qeyd edilən şirkətdə kolbasa və sosizlərin qiyməti 0,30-0,40 manat artıb.
Məlumat üçün bildirək ki, “Səhliyalı” şirkətinə məxsus hisə verilmiş kolbasaların qiyməti 9,30-dan 9,60 manata,”varena”bişmiş kolbasaları 9,20-dən 9,60 manata, manqal üstü sosis və kolbasaların qiyməti 8,60-9 manatdək bahalaşıb.
“Səhliyalı” şirkətindən rilən məlumata görə, kolbasa və sosilərin qiymətinin artmasına səbəb ölkəyə gətirilən quş ətinə qadağa qoyulmasıdır. Bu səbəbdən anbarlardakı saxlanılan quş ətinin qiymətində də artım baş verib.
Qiymət artımına səbəb olan digər bir məsələ kolbasa istehsalında istifadə olunan mal və qoyunun kəsiminə nəzarət gücləndirilməsi olub. Həmçinin kolbasa və sosis hazırlanmasında istifadə olunan yod, duz, istiot, aplika da bahalaşıb.
Verilən məlumata görə, şirkətin xərclərinin artmasına baxmayaraq işçilərini ixtisar etrməyib. Əksinə işçilərin sayı artırılıb. Halbuki digər kolbasa və sosis istehsalçısı şirkətlərinin işçilərini ixtisar edtiyi bildirilir.
Xatırladaq ki, bir mddət əvvəl siqaretlərin qiymətində də artım baş vermişdi. Ölkədə satılan və əsasandə xarici istehsal olunan siqaretlərin qiyməti 0,30 manat bahalaşmışdı.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR