Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Çavuşoğlu: “Azərbaycanın haqlı mübarizəsinə həmişə hər yerdə dəstək verəcəyəm”

Çavuşoğlu: “Azərbaycanın haqlı mübarizəsinə həmişə hər yerdə dəstək verəcəyəm”

Tarix: 6-02-2020, 16:00

“Prezident İlham Əliyev tərəfindən təltif olunmağım mənim üçün şərəfdir”.


Bunu bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasından sonra jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, Azərbaycanı müdafiə etdiyi, Türkiyə-Azərbaycan əməkdaşlığını gücləndirmək istiqamətində çalışdığı üçün təltif olunub: “Türkiyədə hər bir kəs Türkiyənin haqlı davasını müdafiə etməklə bərabər Azərbaycanın da mübarizəsini dəstəkləyir. Azərbaycan biz olmadığımız yerlərdə Türkiyənin haqlarını bizim qədər müdafiə edir. Ona görə Prezident İlham Əliyev tərəfindən bu medalla təltif olunmağımız bir qürurdur”.
Türkiyə Xarici İşlər naziri qeyd edib ki, bundan sonra da Azərbaycanı müdafiə etməyə davam edəcəklər: “Bir millət, iki dövlətiksə, bunun gərəyini yerinə yetirməliyik. Siyasi həyatımda Azərbaycanın haqlı mübarizəsinə həmişə hər yerdə dəstək verəcəyəm”.(apa)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR