Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Rusiyada məcburi rejim: Hamı maskada gəzməlidir!

Rusiyada məcburi rejim: Hamı maskada gəzməlidir!

Tarix: 7-02-2020, 11:39

Kəskin respirator virus infeksiyalarından qorunmaq və koronavirusdan profilaktika üçün Rusiyanın Xabarovsk şəhərində maska ​​rejimi tətbiq ediləcək.
Ren.tv-nin məlumatına görə, bu barədə şəhər adminstrasiyasının saytında bildirilib. 
Qərar fövqəladə halların qarşısının alınması və aradan qaldırılması məqsədi ilə qəbul edilib.
Bildirilir ki, ticarət mərkəzlərində çalışan şəxslər, nəqliyyat, tibb və bank işçiləri, həmçinin, müəllimlər, tərbiyəçilər gündəlik çox sayda insanla təmasda olanların hamısı maska geyinməlidir.
Küçədə maska taxmaq lazım deyil, bu, yalnız qapalı yerlərdə vacibdir. Maska hər iki saatdan bir dəyişdirilməlidir.
Sosial müəssisələrdə, tibb təşkilatlarında, təhsil müəssisələrində, ticarət, xidmət və ictimai iaşə obyektlərində kütləvi-mədəni tədbirlərin keçirilməsinə məhdudiyyətlər qoyulur.
“İcbari tədbirlər Xabarovskda qrip və kəskin respirator virus infeksiyalarının artması ilə əlaqədardır, həmçinin koronavirusa yoluxmağın qarşısını almaq üçündür”, - deyə Xabarovsk administrasiyasının bədən tərbiyəsi, idman və səhiyyə şöbəsinin müdir müavini Tatyana Skorik bəyan edib.
Maska rejiminə əməl olunmasına şəhərin müəssisə rəhbərləri tərəfindən nəzarət ediləcək. Həmçinin, apteklərdə hər kəsə kifayət edəcək qədər maskaların olduğu vurğulanıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR