Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Qubada başlayan güclü yanğında üç ev tamamilə yandı - YENİLƏNİB

Qubada başlayan güclü yanğında üç ev tamamilə yandı - YENİLƏNİB

Tarix: 7-02-2020, 11:58

Quba Rayonunun Qarxun kəndində güclü qasırğa baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə zamanı üç ev tamamilə yanıb.
Baş verən güclü külək kənd sakinlərinin evlərinə zərər vurub. Ot tayalarında başlayan yanğın evlərə keçib. Hadisə yerinə iki helikopter cəlb edilib.
12:17
Quba rayonun Qarxun kəndində baş verən yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, rayon mərkəzindən 60 km məsafədə mürəkkəb relyefə və çətin keçilən yolları olan ərazidə ot tayası yanır:
“Yanğının yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsi ehtimalı olduğundan FHN DYMX-nin, XXRX-nin, Şimal Regional Mərkəzin müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin iki helikopteri hadisə yerinə cəlb olunub”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR