Son Xəbər: Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq, Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib, Prezident Milix Yevdayevi təltif etdi, Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq, Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb, Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub, Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb, Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq, Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb, Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq,

MTRŞ -dan erotika və qəddarlıqla bağlı qərarın ləğv edilməsinə AİD AÇIQLAMA

MTRŞ -dan erotika və qəddarlıqla bağlı qərarın ləğv edilməsinə AİD AÇIQLAMA

Tarix: 7-02-2020, 14:38


Xəbər verdiyimiz kimi, fevralın 5-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. İclasda "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunun qəbul olunması ilə əlaqədar "Televiziya və radio yayımı haqqında" qanunda edilən dəyişikliklər müzakirə olunub. Bildirilir ki,"Televiziya və radio yayımı haqqında" qanunun 33-cü maddəsində edilən son dəyişikliyə əsasən, Milli Televiziya və Radio Şurasının 10 aprel 2015-ci ildə qəbul etdiyi "Yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar" hüquqi qüvvəsini itirdiyindən şuranın qərarı ilə ləğv olunub.

Sonxeber.az mövzu ilə bağlı MTRŞ ilə əlaqə saxlayıb. Qurumdan verilən məlumatda "Qaydaların ləğv olunması" ondan daha yüksək hüquqi qüvvəyə malik olan qanunun qəbul olunması ilə izah edilib.


Həmçinin, "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunun 2018- ci ilin noyabr ayında qəbul olunub və 2020-ci ilin yanvar ayından qüvvədə olduğu bildirilib. Qanun qüvvədə olduğundan, qaydaların hüquqi qüvvəsini artıq itirmiş sayıldığı açıqlanıb:

" Qanun daha üstün qüvvəyə malikdir. Qəbul edilən qanun 2020-ci ilin yanvarın 1- dən qüvvədədir. Həmin qanunda hər şey izah olunub. Bu, sadəcə hüquqi bir prosedur idi. Qaydalarda olan bütün müddəalar həmin qanunda da öz əksini tapıb. Qanun daha üstün qüvvəyə malikdir".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR