Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Sabah yağış və qar yağacaq

Sabah yağış və qar yağacaq

Tarix: 7-02-2020, 14:53


Azərbaycanda şənbə gününə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 8-də səhər və axşam havanın əsasən yağıntılı olacağı gözlənilir.


Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 8-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 752 mm civə sütunundan 757 mm civə sütünuna yüksələcək, nisbi rütubət gecə və gündüz 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacağı, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR