Son Xəbər: Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL, Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib, Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb, Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ, Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir", Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var, Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək, İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib, DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir, Azərbaycan neftinin qiyməti 117 dolları keçib,

İçərişəhərdə partlayış olub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB-2 - SİYAHI

İçərişəhərdə partlayış olub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB-2 - SİYAHI

Tarix: 7-02-2020, 17:56


İçərişəhərdə baş verən partlayışda xəsarət alanların adları məlum olub. 

"Report" xəbər verir ki, bunlar 78 yaşlı Vaqif İsmayılov, oğlu Ceyhun İsmayılov, Ceyhunun həyat yoldaşı Səidə İsmayılova, həmçinin V.İsmayılovun nəvələri - 14 yaşlı Rəvan və 18 yaşlı Fəriddir. 

Yaralılardan yalnız biri xəstəxanaya getməyib.

Zərərçəkmiş Ceyhun İsmayılov jurnalistlərə açıqlamasında bildirib ki, ümumilikdə 5 nəfər xəsarət alıb: "Bizim evdə qaz yoxdur. Qonş tərəfdə yeni otel təmir olunur. Qaz oteldən bizim evə sızıb və partlayış baş verib. Mən yatmışdım, birdən səsə oyandım. Hadisə zamanı atam - 78 yaşlı Vaqif İsmayılov, həyat yoldaşım Səidə, oğlum - 14 yaşlı Rəvan və 18 yaşlı bacım oğlu Fərid yaralandı. Onlar hazırda xəstəxanadadırlar, mən getmədim".


*** 18:14
Bakı şəhəri, Səbail rayonu ərazisində, İçərişəhərdə baş verən partlayışda xəsarət alanlardan 2 nəfərinin vəziyyəti yüngül olduğundan onlar ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.
"Report"un xəbərinə görə, hazırda Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq şöbəsində 3 nəfərin müalicəsi davam etdirilir.
Qeyd edək ki, hadisə ikimərtəbəli binada baş verib.

*** 17:48
Bakı şəhəri, Səbail rayonu ərazisində, İçərişəhərdə partlayış olub.
“Report” xəbər verir ki, partlayış nəticəsində 5 nəfər yanıq xəsarətləri alıb.
Hadisə İlyas Əfəndiyev küçəsi, 10 ünvanında qeydə alınıb.

İlkin ehtimala görə, hadisənin qaz sızması nəticəsində baş verdiyi bildirilir.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) "Report"a bildirilib ki, partlayışda xəsarət alan üç nəfər təcili yardım maşınının həkimlərinə təhvil verilib.
Qeyd edilib ki, yanıq xəsarətləri alan şəxslər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq şöbəsinə aparılıb: "Digər yaralılar barədə məlumatımız yoxdur, çünki həkimləri yaxına buraxmırlar".













RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR