Son Xəbər: Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib, Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb, Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ, Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir", Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var, Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək, İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib, DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir, Azərbaycan neftinin qiyməti 117 dolları keçib, Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb,

Səsvermənin nəticələri açıqlanır – SON DƏQİQƏ

Səsvermənin nəticələri açıqlanır – SON DƏQİQƏ

Tarix: 9-02-2020, 19:35

Azərbaycanda növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu gün keçirilən səsvermənin nəticələri yaxın saatlarda açıqlanacaq.
Redaktor.az-ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarından daxil olan protokollara əsasən ilkin nəticəni elan edəcək.
Qeyd: Saat 08.00-da startı verilən səsvermə saat 19.00-da yekunlaşıb. Saat 19.00-da seçki məntəqələri bağlanıb və səslərin sayılmasına başlanılıb.
Seçkilər 125 dairəni, ümumilikdə 5573 seçki məntəqəsini əhatə edib, 1000 məntəqədə (ümumi məntəqələrin 18 faizi) veb-kameralar quraşdırılıb.
5 329 460 seçicinin səsvermə hüququndan istifadə etmək imkanı olub. Səsvermə üçün 5 387 600 bülleten çap edilib. Seçkilərdə 19 siyasi partiyanın nümayəndələri namizəd kimi qeydə alınıb.
Parlament seçkilərini izləmək üçün 77790 yerli, 883 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.
Milli Məclisdə 125 deputat mandatı uğrunda 1314 namizəd mübarizə aparıb. Deputatlığa namizədlərin 79 faizi kişi, 21 faizi qadındır.
Növbədən kənar parlament seçkilərində “exit poll” keçirən Fransanın “Opinion Way” Sosial Tədqiqatlar İnstutununun açıqlamasına görə, Hadı Rəcəbli, İqbal Məmmədov, Cavanşir Paşazadə, Sahib Alıyev, Razi Nurullayev, Qənirə Paşayeva, Səməd Seyidov, Nizami Cəfərov, Nəsib Məhəməliyev, Jalə Əliyeva, Əli Məsimli, Cavanşir Feyziyev, Fəttah Heydərov, Bəxtiyar Əliyev, Bəxtiyar Sadıqov, Mahir Abssazadə, Tural Gəncəliyev, İmamverdi İsmayılov qalib olublar.
Qaliblər arasında yeni simalar da çoxluq təşkil edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR