Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Türk əsgəri suriyalı uşaqları sevindirməkdə davam edir

Türk əsgəri suriyalı uşaqları sevindirməkdə davam edir

Tarix: 12-11-2019, 13:37

Türkiyədən göndərilən humanitar yardım paketləri mehmetciklər tərəfindən etibarlı şəkildə suriyalı vətəndaşlara çatdırılıb
 
Suriyanın Tel Abyad və Rəsulayn rayonlarını PKK/YPG terror təşkilatından təmizləyən Türkiyə hərbçiləri yerli sakinlərə yardım edib. 
 
Mediabiz.az Türkiyənin Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, "Sülh çeşməsi" əməliyyatının keçirildiyi bölgədəki kəndlərə qədər gedib çıxan mehmetciklər digər müvafiq qurumların dəstəyi ilə yardım paylamağa və tibbi xidmətlər göstərməyə davam edirlər. 
 
Bu çərçivədə Rəsulaynın şərqindəki Bibarkiyə kəndində də ehtiyacı olan insanlara həm yardım paylanıb, həm də tibbi müayinələr keçirilərək ehtiyacı olan xəstələrə tibbi xidmətlər göstərilib.

Həmçinin Rəsulaynın şərqində yerləşən Maşrafat kəndində də Türkiyədən göndərilən humanitar yardım paketləri mehmetciklər tərəfindən etibarlı şəkildə suriyalı vətəndaşlara çatdırılıb.






RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR