Son Xəbər: Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib, Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb, Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ, Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir", Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var, Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək, İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib, DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir, Azərbaycan neftinin qiyməti 117 dolları keçib, Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb,

“ABŞ ağır itkilər verdiyini etiraf etməli olacaq, onlara ciddi zərbə vurduq”

“ABŞ ağır itkilər verdiyini etiraf etməli olacaq, onlara ciddi zərbə vurduq”

Tarix: 10-02-2020, 08:04

İran Silahlı Qüvvələrinin Baş qərargahı general Qasım Süleymaninin öldürülməsinin qisası olaraq yanvarın 8-də İraqdakı ABŞ aviabazasına endirilmiş raket zərbələrinə dair yeni bəyanatla çıxış edib.
Mediabiz.az  virtualaz-a istinadən bildirir ki, Baş qərargahın rəsmi nümayəndəsi Əbülfəzl Şekərçi həmin raket zərbələri zamanı ABŞ ordusunun “ciddi itki verdiyini” bəyan edib.
O deyib ki, ABŞ nəhayət İranın Ayn əl-Əsəd aviabazasına endirdiyi raket zərbələri nəticəsində ağır itkilər verdiyini etiraf etməyə məcbur olacaq. “İstənilən halda, biz onlara ciddi zərbə vurduq. Onlar sonrakı günlərdə itkiləri etiraf etməli olacaqlar-ağır itkiləri gizli saxlaya bilməyəcəklər”,-Əbülfəzl Şakərçi bildirib.
İran Baş qərargahının nümayəndəsi “Fars” agentliyinə müsahibəsində deyib ki, raket zərbələrindən əvvəl bazaya zərbə endiriləcəyi haqda informasiya “üçüncü şəxslərə”, konkret olaraq İraqın baş nazirinə çatdırılmışdı. “Biz bu informasiyanı 25 dəqiqə əvvəl ona çatdırdıq, çünki təcavüzkar deyilik. Amerikalılar isə raket hücumu barədə bilmirdi, amma onlar özləri əvvəlcədən hazırlıqlı idilər. Çünki qisas alınacağını bilirdilər”,-o vurğulayıb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp və Pentaqon əvvəlcə İranın raket zərbələri nəticəsində Ayn-əl-Əsəd aviabazasında heç bir amerikalı hərbçinin xəsarət almadığını bəyan edib. Lakin daha sonra ABŞ hərbi komandanlığı etiraf edib ki, bazada partlayışlar nəticəsində 60-dan çox hərbçi müxtəlif xəsarətlər, əsasən beyin silkələnməsi diaqnozu ilə hospitallara aparılıb. Onların bir qismi yenidən hərbi xidmətə qayıdıb, bir qismi sonrakı müalicə üçün Almaniyadakı hərbi hospitala aparılıb. Ölənlər isə yoxdur.
Lakin indi İran komandanlığı əminliklə bəyan edir ki, ABŞ ordusu həmin raket zərbələri nəticəsində “ciddi itkilər” verib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR