Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

Sanksiyalar Azərbaycana da təsir edəcək? - Prezidentdən AÇIQLAMA

Sanksiyalar Azərbaycana da təsir edəcək? - Prezidentdən AÇIQLAMA

Tarix: 30-04-2022, 10:40

 

“Hələ ki, Rusiyaya tətbiq edilən sanksiyaların neqativ təsirlərini görmürük”.

Bunu Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.

“Lakin bilmirik ki, bunun cədvəli necə dəyişəcək. Əgər sanksiyalar qalarsa, növbəti altı ayda və ya bir ildə nə olacaq, proqnozlaşdırmaq çətindir”, - deyə Prezident vurğulayıb.

İlham Əliyev xatırladıb ki, bu günlərdə, aprelin 26-da Bakıda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası olub və gələcək planlarımıza dair çoxşaxəli məsələlər müzakirə edilib: “İndiyə kimi biz hər il yaxşı nəticələr əldə etmişik. Ticarət dövriyyəsi artır. Əlbəttə, hazırkı vəziyyətdə biz baxmalıyıq ki, daha nə edə bilərik. Çünki bizim fermerlər üçün Rusiya bazarı böyük bazardır. Rusiya istehsalçıları üçün də Azərbaycan bazarı olduqca önəmlidir. Biz Rusiyadan satdığımızdan daha çox alırıq. Bizim mənfi ticarət dövriyyəsi saldomuz var. Lakin bununla belə, keçən il bizim Rusiyaya ixracımızın həcmi artıb. Yeni vəziyyətdə, sanksiyaların praktiki təsirlərinin nə ola biləcəyini görməliyik.

Siz indi təsəvvür edə bilərsiniz – bizim iki qonşumuz sanksiyalar altındadır. İran və Rusiya. Bu, çox çətin vəziyyətdir. Biz necə uğurlu əməkdaşlıq və ticarət edə bilərik ki, sanksiyalar pul köçürmələri və digər əlavə problemlər yaradır. Buna görə də biz qarşıdan gələn dövrdə qərarlarımıza baxmalıyıq.

Rusiya ilə bizim ticarətimiz çoxşaxəlidir. O, kənd təsərrüfatını, xidmətləri, sərmayələri əhatə edir. O, böyük həcmdə deyil. Burada və orada çoxlu şirkətlər çalışır. Sözsüz ki, Rusiyadakı Azərbaycan icması çox böyükdür. Onlar da ticarət dövriyyəsinin artmasına töhfə verirlər”.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR