Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Azərbaycanda süni qida ilə bağlı istehsal, satış və idxal standartları müəyyənləşdi

Azərbaycanda süni qida ilə bağlı istehsal, satış və idxal standartları müəyyənləşdi

Tarix: 11-02-2020, 08:09

Nazirlər Kabineti körpələr və erkən yaşlı uşaqlar üçün qida və ekoloji təmiz qida məhsulları istehsalı və satışının tənzimlənməsini nəzərdə tutan qərarın izahını verib.

Mediabiz.az bildirir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bu qərar bir neçə qanuna mühüm dəyişiklikləri nəzərdə tutur. Məsələn, qərarda nəzərdə tutulmuş “Körpələrin və erkən yaşlı uşaqların qidalanması və “Yeyinti məhsulları haqqında” qanununlarda edilmiş dəyişikliklər Azərbaycanda süni qida ilə bağlı istehsal, satış və idxal standartlarını müəyyənləşdirdiyi üçün həm iqtisadi, həm də qida təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu qərar Azərbaycanda süni qidanın istehsalı, idxalı və satışı ilə məşğul olan şirkətlərin fəaliyyətini beynəlxalq standartlara uyğun olaraq tənzimləyən normativ-texniki və hüquqi aspektləri müəyyənləşdirir.

Belə ki, bu qərarla müəyyənləşdirilmiş standartlara uyğun sertifikatı olmayan şirkətlərin süni qida məhsullarını istehsal etməsi, hər hansı şirkət tərəfindən satışı və idxalı qadağan edilir.

Bu qərarla müəyyənləşdirilən Sağlamlıq sertifikatı olmadan körpələr üçün nəzərdə tutulmuş süni qidalar həmçinin reklam oluna bilməz. Bu qərara əsasən Sağlamlıq sertifikatına süni qidanı istehsal və idxal edən şirkətin haqqında bütün zəruri məlumatlar daxil edilməlidir.

Bu qərar imkan verir ki, körpələr üçün nəzərdə tutulan süni qida məhsulları üzərində tam nəzarət formalaşdırılsın və bu istiqamətdə qida təhlükəsizliyi təmin edilsin.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR