Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Əli Əsədovdan vergi və gömrüklə bağlı QƏRAR

Əli Əsədovdan vergi və gömrüklə bağlı QƏRAR

Tarix: 11-02-2020, 12:53


Nazirlər Kabineti vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydasını təsdiq edən qərarı izah edib.
Məlumatda bildirilir ki, son 15 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş büdcə-vergi siyasətinin əsas prioritet istiqamətləri qeyri-neft sektorunun dinamik inkişafı və həmin sektordan daxilolmaların büdcə gəlirlərində xüsusi çəkisinin artırılması olmuşdur. Bu məqsədlə qeyri-neft sektoruna investisiya qoyuluşunun təşviqi, ixrac yönümlü istehsalın stimullaşdırılması və daxili bazarın qorunması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində vergi və gömrük sahəsində bir sıra güzəşt və azadolmalar müəyyən edilmişdir.


NK-nın qəbul edilmiş Qərarında
vergi və gömrük sahəsində güzəşt və azadolmaların müəyyən edilməsi meyarlarına,

güzəştlər üzrə büdcə itkilərinin hesablanması metodologiyasına,

güzəştlərin büdcə gəlirlərinə təsirinin qiymətləndirilməsinə

və güzəştlərlə bağlı məlumatlara dair mərkəzləşdirilmiş reyestrin aparılmasına dair

tənzimləmələr nəzərdə tutulmuşdur.

Təklif edilən metodologiyaya görə güzəştlərin verilməsi

büdcə itkilərinin hesablanması,

ölkənin iqtisadi və sosial inkişafı üzrə makroiqtisadi proqnoz göstəriciləri,

statistik məlumatlar,

güzəşt tətbiq olunan vergi və mülkiyyət növü,

vergi ödəyicilərinin bəyannamələri əsasında güzəşt verilən vergitutma bazası,

idxal-ixrac əməliyyatları,

dövlət gəlirlərinin proqnozlaşdırılması üzrə hesablamalar və digər əlaqəli məlumatlar əsasında həyata keçiriləcəkdir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR