Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

AFFA millinin baş məşqçisi postuna namizədlə görüşdü: Qərarını yaxın günlərdə açıqlayacaq

AFFA millinin baş məşqçisi postuna namizədlə görüşdü: Qərarını yaxın günlərdə açıqlayacaq

Tarix: 11-02-2020, 15:21

“Beşiktaş” macərasının bitməsindən sonra hələlik hər hansı klubla anlaşmayan Abdullah Avcı Azərbaycan Futbol Federasiyasının gündəmindən düşmür.
Bu barədə “Hürriyet” nəşri yazıb.
Nəşrin məlumatına görə, yaxın günlərdə Türkiyəyə gedərək A.Avcı ilə görüşən AFFA rəsmiləri təcrübəli məşqçini razı salmağa çalışıblar. 56 yaşlı mütəxəssisin Azərbaycan millisi ilə bağlı qərarını qarşıdakı günlərdə verməsi gözlənilir.
Nəşr qeyd edir ki, A.Avcının millimizi çalışdırmasına ən çox “Beşiktaş” klubu sevinəcək. Belə ki, A.Avcı Azərbaycan millisinin məşqçisi olacağı halda, İstanbul nəhəngi “Beşiktaş” aylıq bir milyon türk lirəsi xərcdən xilas olacaq. 
Xatırladaq ki, A.Avcı ilə “Beşiktaş” klubu arasında müqavilənin qarşılıqlı qaydada ləğv edilməsi zamanı əldə olunan razılığa əsasən, İstanbul təmsilçisi üzərinə Avcıya yeni klubla müqavilə imzalayana qədər hər ay bir milyon türk lirəsi (təxminən 283 min AZN - red.) ödəməklə bağlı öhdəlik götürüb. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR