Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Serbiyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Serbiyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Tarix: 11-02-2020, 18:52

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Mediabiz.az xəbər verir ki, məktubda deyilir: 

"Zati-aliləri, hörmətli Prezident Əliyev.
Yeni Azərbaycan Partiyasının parlament seçkilərində qalib gəlməsi münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ölkənizi möhkəm əsaslar üzərində qurulmuş uğur yolu ilə irəli aparmaq arzularımı qəbul etməyinizi xahiş edirəm.
Yeni Azərbaycan Partiyasının qələbəsi partiyanızın cəsarət və məsuliyyətinin ifadəsi, Sizin bu partiyanın lideri kimi dövlətin və xalqın inkişafına verdiyiniz töhfənin təcəssümüdür. Aydın siyasi mövqeyinizi, tükənməz enerjinizi və işinizə bağlılığınızı yüksək qiymətləndirirəm. Azərbaycanın böyük müvəffəqiyyətlər əldə etməsi səmimi dostunuz kimi məni çox sevindirir.
Ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin və strateji tərəfdaşlığın inkişafına verdiyiniz şəxsi töhfənizə görə Sizə çox minnətdaram. Sizinlə əməkdaşlıq etmək mənim üçün böyük şərəfdir. Serbiya Azərbaycanın səmimi və etibarlı dostu və tərəfdaşı olaraq qalır. Ümid edirəm ki, səmimi və həqiqi dostluğumuz gələcəkdə bütün sahələrdə daha uğurlu əməkdaşlıqla nəticələnəcək.
Serbiyanın mühüm dövlət və milli maraqlarını, xüsusilə Kosovo məsələsi ilə bağlı mövqeyini dəstəklədiyinə görə Azərbaycana böyük minnətdarlığımı bildirməklə yanaşı, BMT-nin bütün üzv dövlətlərinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyimizi, həmçinin Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə inamımızı bildirmək istərdik.
Fürsətdən istifadə edərək, Zati-aliləri, bir daha Sizə səmimi salamlarımı və dərin ehtiramımı bildirirəm".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR