Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Xanım sədr istefaya göndərildi — RƏSMİ

Xanım sədr istefaya göndərildi — RƏSMİ

Tarix: 12-02-2020, 07:14

"Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos FMMM) rəhbəri Mehriban Sadıqova Rusiyada yaşayan azərbaycanlıların təkidli tələblərindən sonra istefa verib".

Mediabiz.az xəbər verir ki, bu barədə modern.az-a Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri məlumat verib.
Məlumata görə,  Mehriban Sadıqova  qurumun  bu gün çağırılan növbədənkənar toplantısında istefa verməyə məcbur olub.
Belə ki təşkilatın üzvləri tələb ediblər ki, M.Sadıqova istefa verməsə, azərbaycanlılar təşkilatı kütləvi tərk edəcək.
Məlumata görə, Rusiyada, xüsusən Moskvada azərbaycanlıların birləşməsinə mane olduğu bildirilən Mehriban Sadıqovanın istefası uzun müddətdir təşkilat üzvləri tərəfindən tələb edilirdi.

Yeni sədrin seçilməsi üçün bu ilin aprelinə qurultay çağırılıb.

Məlumatı Diasporla iş üzrə Dövlət Komitəsindən təsdiqləyiblər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR