Son Xəbər: İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT, Pulsuz ictimai nəqliyyat xidməti bu tarixdə başa çatır, Paşinyan saqqalını qırxmasının səbəbini AÇIQLADI, Bakının bir sıra yollarında tıxac var - SİYAHI, COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO, Ermənistanda İran vətəndaşına məxsus yük maşını qəza uğrayıb, sürücü ölüb, “COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı, Lukaşenko nədən qorxduğunu açıqladı: Həyatım boyu..., Prezident bu nazirə ali xüsusi rütbə verdi,

Tərtərdə azyaşlıya qızdırılmış şişlə işgəncə verilməsinin təfərrüatı: “Kənddə elə bir söz-söhbət...”

Tərtərdə azyaşlıya qızdırılmış şişlə işgəncə verilməsinin təfərrüatı: “Kənddə elə bir söz-söhbət...”

Tarix: 12-02-2020, 10:09

“O ailəni Könülün anası saxlayıb. Ola bilməz ki, uşağa ziyan vursunlar”.

Bu barədə Oxu.Az-a Tərtər rayon Azadqaraqoyunlu kənd bələdiyyəsinin nümayəndəsi doqquz yaşlı T.D.-yə anası tərəfindən işgəncə verilməsi ilə bağlı hadisəyə münasibət bildirərkən deyib.

Bələdiyyə nümayəndəsinin sözlərinə görə, uşağın anası Könül övladına ziyan vura bilməz:

“Könül Rafiqlə evləndikdən sonra ailəyə onun anası - Kamilə xanım baxır. Kasıb ailədir. Kənddə elə bir söz-söhbətləri olmayıb. Kənardan eşitdiyim, gördüyüm qədər deyə bilərəm ki, Könül uşağa işgəncə verməz. Amma yəqin, aralarında söz-söhbət olub, ər-arvad bir-birini polisə verib. Onların iki uşağı var. Doqquz yaşlı T. də Könülün doğma uşağıdır. Uşaq anadan olandan ona Könül baxıb. Mən onun uşağa işgəncə verdiyinə inanmıram”.

Bələdiyyə nümayəndəsi Könül və Rafiqin ayrı yaşadığını da deyib:

“Rafiq Bərdə rayonunun Soğanverdilər, Könül isə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində yaşayır. Əslində, ayrılmayıblar, amma indi ayrı yaşamalarının səbəbini bilmirəm. Ailə münasibətlərindən xəbərimiz yoxdur. Heç birinin psixoloji problemi də yoxdur, normal insanlardır”.

Qeyd edək ki, işgəncə verildiyi iddia edilən doqquz yaşlı T. xəstəxanada deyil, vəziyyəti yaxşıdır.

Xatırladaq ki, Azadqaraqoyunlu kənd sakini Dünyamalıyeva Könül Bəhlul qızı yaşadığı evdə himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü T.D.-ni nadinclik etdiyi üçün cəzalandırıb. Qadın şişi qaz sobasında qızdıraraq, azyaşlının bud, çanaq, qol və əlinə basıb.

Hadisədən xəbər tutan uşağın atası Rafiq Dünyamalıyevin şikayətindən sonra Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə cinayət işi başlanıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR