Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Eldar Əzizov: “Bakıda mərkəzi rayon yaradılacaq”

Eldar Əzizov: “Bakıda mərkəzi rayon yaradılacaq”

Tarix: 12-02-2020, 11:23

Ölkə başçısı İlham Əliyevin tapşırığı ilə yaxın zamanlarda Bakıda mərkəzi rayonun yaradılması gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu gün Bakı Konqres Mərkəzində keçirilən "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı beynəlxalq konfransda çıxışı zamanı məlumat verib.
E.Əzizovun sözlərinə görə, nəzərdə tutulan mərkəzi rayon yaradılsa, tarixi binalara xüsusi xidmət göstəriləcək: 
"Sözügedən binaların fasadlarını qoruyub saxlamaq, küçələri vahid standartlara gətirib çıxarmaq kifayət qədər çətindir. Bu məsələ ilə bağlı yaxın zamanlarda qərar veriləcək".
İcra başçısı onu da əlavə edib ki, hazırda paralel olaraq Bakının mərkəzində abadlıq işləri aparılır:
"Paytaxtda yalnız yeni binaların deyil, eləcə də 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində neftin inkişafı nəticəsində yerli sahibkarlar tərəfindən inşa edilən bir sıra tarixi binaların da bərpası istiqamətində işlər görülür. Aparılan bütün işlər göz qabağındadır. Bu cür problemlər yaxın zamanda mərkəzi rayonun yaradılması ilə aradan qaldırılacaq".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR